İstifadəçi:Ehmed ataxanoghlu

Vikikitab, açıq dünya üçün açıq kitablar

Böyük Azərbaycan[redaktə]

Böyük Azərbaycan (Azərbaycan tarixi torpaqları)

Azərbaycan indi iki hissəyə bölünmüşdür . Quzey və Güney Azərbaycan.

1828-ci il fevralin 10-da Nikolay ilə Fətəli Şah Qacar arasında bağlanan Türkmənçay müqaviləsi əsasında Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla Quzey və Güney hissələrinə bölündü. Və Quzey Azərbaycan Şurəviyə yapışdırıldı. Quzey Azərbaycan Şurəvi dağılandan sonra Azərbaycan Müstəqil Cümhuriyyəti adlandı.

Quzey Azərbaycan: 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra demoqrafik vəziyyəti dəyişdirmək məqsədi ilə Quzey Azərbaycana Osmanlı dövləti və indiki İran ərazisindən kütləvi şəkildə ermənilər köçürülməyə başlandı. Eyni zamanda Rus işğalını qəbul etməyən yerli türklərin müəyyən hissəsi Osmanlı dövlətinə, indiki İran ərazisinə və Şimali Azərbaycanın mərkəzi hissəsinə köçdülər. 1840-cı il islahatından sonra Şimali Azərbaycanın 7000 kv. km-lik ərazisi Dağıstan vilayətinə birləşdirildi. Tiflisdə qərarlaşan Azərbaycan hökuməti yeni yaranmış Ermənistan respublikasına 9 000 kv.km-lik ərazisini güzəştə getməyə məcbur edildi. Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Borçalı, Qarayazı və Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirildi. Sovet hakimiyyəti dövründə təkcə Ermənistan ərazisindən təxminən 400000-ə dək Azərbaycan türkü öz yurdlarından Azərbaycan Sovet Sosialist Respublikası ərazisinə zorla köçürülmüşdür.

1992-ci ildən sonra Qarabağ işğal olundu.

Güney Azərbaycan : Təbriz Ərdəbil Urmu Zəngan Həmədan Qəzvin Güney Azərbaycanın böyük şəhərlərindəndir həmdə Mərkəzi ustanlar və Gilan ustanının bəzi yerləri Azərbaycan tarixi torpaqlarındandır. Rızaxan işə gələndən sonra İranda Qomiyyətlərə təhqir edici bir səviyyəni başladı ki Onların lap başında Azərbaycan türkləri idilər Bu zamanda Həmədan və Zəngan ana yurdu adı üstlərində olmadan müstəqil bir ustan oldular Və sonrada Qəzvin Zəngan dan müstəqilləşdi İslam inqilabından sonra Ərdəbil Təbrizdən Ayrılıb Ərdəbil ustanı oldu İndi İranda bəzilər çalışırlar şərqi və qərbi Azərbaycan ustanların yalnız İranın Azərbaycanı tanıtdırsınlar. Umud ki bu kimsələr anlayıb və düşünsünlər ki Azərbaycan və Azərbaycanlı İrana nə xidmətlər ediblər Və duz yeyib duzqabın sındırmasınlar.