Vikikitab:İnterfeys inzibatçıları
Görünüş
(Vikikitab:İnterfeys idarəçiləri səhifəsindən yönləndirilmişdir)
İnterfeys inzibatçısı və ya texniki inzibatçısı (texinzibatçı) layihədəki bütün CSS/JS səhifələrini (MediaWiki:Common.js, MediaWiki:Vector.css kimi səhifələri və ya Xüsusi:Gadgetsdəki qadjetləri), digər istifadəçilərin istifadəçi fazasında olan CSS/JS səhifələrini və MediaWiki adlar fazasında olan sistem mesajlarını redaktə etmək səlahiyyətlərinə malik istifadəçidir. Kodlaşdırma tələb edən bu cür səhifələr layihənin görünüşünə və səhifələrin davranışına təsir edir.
CSS/JS səhifələrini redaktə etmək məsuliyyətli işdir. Bu status məsuliyyətli, bu cür səhifələrdə müəyyən qədər təcrübəsi və ya anlayışı olan, etibarlı istifadəçilərə verilməlidir.
İnterfeys inzibatçısı statusu 30 iyul 2018-ci ildən etibarən layihələrdə işləkdir.