Vikikitab:Anar Məcidzadə (Anar Feyruz oğlu Məcidzadə)

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search

Anar feyruzoglu mecidzade baki.jpg


HƏYATI:

Anar Feyruz oğlu Məcidzadə 5 oktyabr 1988-ci ildə Göyçay rayonunda anadan olub. Şair, publisist və jurnalist, Prezident təqaüdçüsü, "Qızıl Qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqının üzvüdür. Birinci dərəcə dövlət qulluqçusudur. A.Məcidzadə əslən Şamaxıdan seyid (övliya) Eyyub babanın nəslindəndir. Milli mətbuatımızın və milli teatrımızın əsasını qoyan Həsən bəy Zərdabinin əmisinin nəticəsidir. Bakı Slavyan Universitetində və Bakı Asiya Universitetində ali təhsil alıb. İxtisasca filoloqdur. 2010-2011-ci illərdə Tərtər və Ağdam rayonlarında həqiqi hərbi xidmətdə olub.


ƏMƏK FƏALİYYƏTİ:

2006-2010-cu illərdə "Səs" qəzetində müxbir, 2012-2015-ci illərdə "Lent.az" İnformasiya Agentliyində müxbir, 2015-ci ilin may ayının 1-dən 2016-cı ilin iyun ayının 22-ə qədər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) məsləhətçi, 2016-cı ilin iyun ayının 24-dən DQİDK-də baş məsləhətçi vəzifəsində çalışır. Birinci dərəcə dövlət qulluqçusudur.

2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


FƏXRİ ADLARI VƏ MÜKAFATLARI:

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2013);

Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqının üzvü (2014);

Azərbaycan Yazıçılar Birliyinin üzvü (2015);

"Qızıl Qələm" mükafatı laureatı (2014);

Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri diplomu (2014);

Prezident təqaüdçüsü (2017);


YARADICILIĞI VƏ KİTABLARI:

Şeirləri, hekayələri və publisistik məqalələri nüfuzlu mətbu orqanlarda mütamadi dərc olunur.

  1. "Dünyada sözüm qalar" kitabı (2005)
  2. "Heydər zirvəsindən başlanan yol" kitabı (2009)
  3. "Dərsliklər haqqında..." kitabı (2013. İlham Tumasla birgə)
  4. "Dini radikalizmlə mübarizə və gənclər: İmkanlar və perespektivlər" kitabı (2017. Orxan Maşayevlə birgə)
  5. "Seçilənlər" kitabı (2018)
  6. "Vətən sevgisi" kitabı (2019)