Vikikitab:Kənd meydanı/Arxiv/Avqust/2017

Vikikitab, açıq dünya üçün açıq kitablar

Hörmətli həmkarlarǃ Hər birinizi ötən həftə META-da aşağıdakı məzmunda hazırladığım etiraz mətnini imzalamağa dəvət edirəm:

Biz - bu etiraz mətnini imzalayan Vikimedia könüllüləri Azərbaycan torpaqlarının uzun müddətdir ki, hərbi təcavüz, etnik təmizləmə yolu ilə erməni işğalına məruz qalması faktını, erməni silahlıları tərəfindən mütəmadi olaraq günahsız insanların qətlə yetirilməsini pisləyərək; erməni vandalizminin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin, ATƏT-in Minsk qrupunun, dünya liderlərinin diqqətini Qarabağ münaqişəsinə cəlb etmək məqsədilə hər həftənin cümə günü 1 saat - Bakı vaxtı ilə saat 12:00-dan 13:00-a qədər Vikimedia layihələrində heç bir fəaliyyət göstərməyəcəyimizi bəyan edirik!

İmzalarınızı META-dakı "Hər cümə 1 saatlıq etiraz" səhifəsində qoymağınızı xahiş edirəm. Hörmətlə, --►Cekli829 07:43, 11 avqust 2017 (UTC)[cavabla]