Məzmuna keç

Vikimedia/Vikipediya əhalisi

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Vikipediya əhalisi səhifəsindən yönləndirilmişdir)
../ Vikimedia

../

Vikipediya əhalisi - Vikipediya istifadəçilərini bir-neçə qrupa bölmək olar: anonim istifadəçilər, qeydiyyatdan keçmiş istifadəçilər, idarəçilər, bürokratlar, stüardlar. Eləcə də ayrıca psevdoistifadəçilər – botlar mövcuddur. Botlar avtomatik proqramlar olub məqalələrdə texniki səhvlərin düzəlişini aparırlar.

Anonim istifadəçi

[redaktə]

Anonim istifadəçi (Ananimous) – Vikipediyada qeydiyyatdan keçmədən fəaliyyət göstərən şəxsdir. O, istənilən məqaləni redaktə edə (əgər məqalə idarəçi tərəfindən tam və ya semi-mühafizə edilmirsə), yeni məqalə yarada bilər. Lakin qeydiyyatdan keçmiş istifadəçidən fərqli olaraq, anonim istifadəçi Vikipediya bazasına fayl və şəkillər yükləyə və məqalələrin adını dəyişə bilməz. Bununla yanaşı redaktə zamanı məqalələrə bir və daha çox xarici keçid əlavə etmək istədikdə, onlardan CAPTCHA daxil etmək tələb olunur.

Qeydiyyatdan keçmiş istifadəçi

[redaktə]

Qeydiyyatdan keçmiş istifadəçi – anonim istifadəçi ilə müqayisədə daha çox hüquqa malikdir. O, Vikipediyanın interfeysini öz zövqünə uyğun qura, müzakirələrə şəxsi imzası ilə qatıla, öz istifadəçi səhifəsini yarada, bu səhifədə özü haqqında məlumat yerləşdirə, fikirlərini qeyd edə, digər istifadəçilərdən ismarışlar ala bilər. Əgər qeydiyyat zamanı elektron poçtun ünvanı göstərilmişdirsə, vacib xəbərlər birbaşa istifadəçinin poçtuna göndərilir. Qeydiyyatdan keçmiş istifadəçi yaratdığı, redaktə etdiyi və ya sadəcə onu maraqlandıran məqalələrə digər istifadəçilər tərəfindən edilən dəyişiklikləri izləmək imkanına da malik olur. Anonim istifadəçilərdə olduğu kimi redaktə zamanı məqalələrə xarici keçid əlavə etmək istədikdə, onlardan CAPTCHA daxil etmək tələb olunur.

Avtotəsdiqlənmiş istifadəçi

[redaktə]

Avtotəsdiqlənmiş istifadəçi — anonim və qeydiyyatdan keçmiş istifadəçilərlə müqayisədə daha çox hüquqa malikdir. Onun üstün hüquqlarına yeni səhifələri "nəzərdən keçmiş" (patrolled) kimi qeyd etmək, səhifələrin adını dəyişmək, semi-mühafizə edilən səhifələri redaktə və mövcud faylların yeni versiyasını yükləmək daxildir. Onlardan demək olar ki, bütün hallarda CAPTCHA daxil etmək tələb olunmur.

Bu status ilk 4 gün ərzində ən azı 10 redaktə etmiş və qeydiyyatdan keçmiş istifadəçilərə avtomatik olaraq software tərəfindən verilir. Lakin Tor şəbəkəsindən redaktə edənlərə bu status ilk 90 gün ərzində 100 redaktə etmiş istifadəçilərə verilir.

Rollbacker

[redaktə]

İdarəçi

[redaktə]

İdarəçi – anonim, qeydiyyatdan keçmiş və avtotəsdiqlənmiş istifadəçilərlə müqayisədə daha çox hüquqlara malikdir. O, istənilən məqaləni mühafizə altına ala, silə, qaydaları pozan istifadəçiləri bloklaya (loqinə və ya İP ünvanına görə), eləcə də əksinə, məqalənin mühafizəsini qaldıra, silinmiş məqaləni bərpa, bloklanmış istifadəçinin blokunu ləğv edə bilər.

Bundan başqa idarəçi Vikipediyanın ümumi interfeysini dəyişə və sistem məlumatlarını idarə edə bilər.

Bürokrat

[redaktə]

Bürokrat – digər istifadəçilərə idarəçi və bürokrat statusu vermək kimi texniki imkana malik olan istifadəçidir. Lakin bürokrat sonradan istifadəçini bu statusdan məhrum etmək hüququna malik deyil. Bunu yalnız stüard və ya baş layihəçi edə bilər.

Stüard

[redaktə]

Stüard – istifadəçilərin Vikipediyaya istənilən müraciətlərini həll və ya rədd etmək hüququna malik şəxsdir. Stüard da bürokrat kimi, digər istifadəçilərə idarəçi və ya bürokrat statusu verə bilər. Lakin bürokratdan fərqli olaraq, stüard bu statusu sonradan ləğv etmək hüququna malikdir.

Baş layihəçi

[redaktə]

Baş layihəçi — Vikipediyanın baş layihəçisinin hüquqları stüardın hüquqları ilə eynidir. Lakin o, sistemi əsaslı surətdə dəyişmək hüququna malikdir. Bəzi layihəçilər Vikipediyanın işlədiyi serverlərə də daxil ola bilərlər.

Vikipediyanın bütün hüquqları isə "Vikipediya" layihəsinin əsasını qoymuş Cimmi Ueylsə məxsusdur. Cimmi Ueylsin istifadəçilərə və təşkilatçılara müraciət edərək "Biz İnterneti tutduq, sizin köməyinizlə bütün dünyanı tutacağıq" deməsi ilk baxışdan lovğalıq kimi görünsə də, Vikipediyanın qurucusu haqlıdır: bu layihə kimi, milyonlarla internet istifadəçisini bir araya gətirən və hər kəsə təmənnasız bilik bəxş edən ikinci bir layihə təsəvvür etmək çətindir.