Resept:Pərəməç: Redaktələr arasındakı fərq

Vikikitab, açıq dünya üçün açıq kitablar
Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Səhifəni '{{Resept | Kateqoriya = Tatar mətbəxi | Porsiya = | Vaxt = 55 dəq.+ | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = | Şəkil = | Vikipediya = | Comm...' ilə yarat
 
Cekli829 (müzakirə | töhfələr)
Sətir 30: Sətir 30:
İçi hazırlanır. Çiy kartof, soğan və ət kubik formasında doğranılır. Duz, istiot qarışdırılır.
İçi hazırlanır. Çiy kartof, soğan və ət kubik formasında doğranılır. Duz, istiot qarışdırılır.
Xəmirdən gürcü xəngəli kimi balaca kökə düzəldilir. Ortası boş saxlanılır. Ortasına hazırlanmış iç qoyulur və kənarları bükülür.
Xəmirdən [[Resept:Gürcü xəngəli|gürcü xəngəli]] kimi balaca kökə düzəldilir. Ortası boş saxlanılır. Ortasına hazırlanmış iç qoyulur və kənarları bükülür.
Soba tavasına yağlı kağız sərilir və 200 dərəcədə bişirilir. 20 dəqiqədən sonra sobaya baxılır bu zaman peraşkilərin içərisində maye yaranacaq. Onda hər bir peraşkinin içərisinə bir qədər kərə yağı qoyulur və tava yenidən sobaya qoyulur.

16:18, 22 avqust 2015 tarixindəki versiya

İnqrediyentlər

Bu peraşkinin hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

  • 100 qram kərə yağı;
  • 2 stəkan un;
  • Bir çimdik duz, soda;
  • 1 stəkan kefir və ya qatıq;
  • 2 yumurta.
İçlik üçün
  • Ət;
  • Kartof;
  • Soğan;
  • Duz;
  • İstiot

Hazırlanması

100 qram kərə yağı əridilir; un, duz, soda əlavə edilib qarışdırılır. Sonra 2 yumurta, 1 stəkan kefir və ya qatıq əlavə edilir. Xəmir yoğrulur, lazım olarsa un əlavə edilir. Xəmir pelmeni xəmiri kimi yumşaq olmalıdır.

İçi hazırlanır. Çiy kartof, soğan və ət kubik formasında doğranılır. Duz, istiot qarışdırılır.

Xəmirdən gürcü xəngəli kimi balaca kökə düzəldilir. Ortası boş saxlanılır. Ortasına hazırlanmış iç qoyulur və kənarları bükülür.

Soba tavasına yağlı kağız sərilir və 200 dərəcədə bişirilir. 20 dəqiqədən sonra sobaya baxılır bu zaman peraşkilərin içərisində maye yaranacaq. Onda hər bir peraşkinin içərisinə bir qədər kərə yağı qoyulur və tava yenidən sobaya qoyulur.

20 dəqiqədən sonra yenidən sobaya baxılır. Peraşkilər qızarmağa başlayır, daxilindəki bulyon qaynayır. Peraşkilərin üzərinə yumurta çəkilir və qaşıqla içliyi yüngülcə basılır.

Daha 15 dəqiqə sobada qızardılır. Bundan sonra peraşkilər hazırdır. Peraşkilər bir qazana yığılır və qapağı örtülür. Soyuyanda yemək olar.

Mənbə