Resept:Balıq kababı: Redaktələr arasındakı fərq

Vikikitab, açıq dünya üçün açıq kitablar
Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:



== Tərkibi ==
{{Resept
{{Resept
| Kateqoriya = Azərbaycan mətbəxi
| Kateqoriya = Azərbaycan mətbəxi

15:06, 14 oktyabr 2011 tarixindəki versiya

Tərkibi

  • Balıq əti (Nərə balığı) – 500q.
  • Bitki yağı (ya xama – 10q) – 5q.
  • Baş soğan – 24q.
  • Göy soğan – 32q.
  • Pomidor – 100q.
  • Limon – 1/5 ədəd .
  • Narşərab – 5q.
  • Sumaq – 1q.
  • İstiot – 0,1q.
  • Duz – zövqə görə.

Hazırlanma qaydası

Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranılır, duz, istiot vurulur və üzərinə xama sürtülüb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababının yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq süfrəyə ayrıca verilir.