Resept:Xiyar turşusu

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Xiyar turşusu səhifəsindən yönləndirilmişdir)

Lazımdır[redaktə]

  • xiyar - 3 kq.,
  • su - 4 stəkan,
  • şəkər tozu - 1 x. q.,
  • 2-3 diş sarımsaq,
  • dəfnə yarpağı - 3 ədəd,
  • 1 çay qaşığı qara istiot dənəsi
  • şüyüd - 20 q.,
  • sirkə - 1 x. q.
  • duz -6x.q

Hazırlanması[redaktə]

Məhlul hazırlamaq üçün su sirkə ilə birgə qaynadılır, şəkər, duz, dəfnə yarpağı və istiot dənələri ona əlavə edilir. Şüyüd yaxşıca yuyulur və iri doğranır. Xiyar da yuyulur, başları kəsilir, bankaya yığılır. Ara-ara şüyüdlər səpilir. Sonra üzərinə soyudulmuş məhlul əlavə edilir. 2 gündən sonra marinad süzülür, qaynadılır və yenidən xiyarın üzərinə əlavə olunur. Ağzı bağlanılır, sərin yerdə saxlanılır.