Resept:Leço

Vikikitab, açıq dünya üçün açıq kitablar
Leço

Leço (mac. lecsó) — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salat. Avropada çox populyardır, mənşəyi klassik macar mətbəxinə aiddir. Leçonun müxtəlif reseptləri mövcuddur. Bu reseptlər hazırlayanın zövqünə görə qurula bilər. Tərkibində dəyişməz olan 3 növ tərəvəzdən: bolqar bibərindən, pomidordan və soğandan istifadə olunur.

Tərkibi[redaktə]

Hazırlanma qaydası[redaktə]

Soğanlar uzunsov doğranılır və yağda rəngi qızılı olana qədər qızardılır. Üzərinə qabığı soyulmuş uzunsov doğranılmış pomidor əlavə edilir və 10 dəqiqə bişirilir. 3 sm uzunluğunda, 0,5 sm enində doğranılmış bibər əlavə olunur. Mətbəx kombaynından keçirilmiş və ya bibəri doğradığımız kimi doğranmış kök əlavə edilir. Mətbəx kombaynından keçirilmiş kökün bibərlərdən daha nazik olması mümkündür, lakin əks halı baş verməsin (bişməsi üçün). Zövqə görə duz və qara istiot əlavə edilir. Duzla yanaşı dolu olmayan 1 xörək qaşığı şəkər tozu da əlavə edilir.

Qablaşdırma[redaktə]

Əvvəlcədən sterilə edilib hazırlanmış bankalar qaynar leço ilə doldurulur. Qazan zəif odun üzərində qalsa daha etibarlı olardı. Belə olan halda sterilə edilmiş qablara yığılan qaynar leçonun xarab olma ehtimalı sıfıra enir. Doldurulmuş qabın ağzı bərk bağlanır və başı tərs çevrilib soyuyana qədər saxlanılır. Əvvəlcədən hava keçirilməsi yoxlanılmaq şərti ilə rezbalı bankalardan istifadə oluna bilər.

Sterilə etmə: bankalar qab pastası ilə təmiz yuyulur və durulanır. Odun üzərində qabda qaynayan suya banka salınır və çıxarılır. Qapaqlar da bu yolla sterilə edilir. Bu cür sterilə edilmiş bankalarda məhsulun korlanma ehtimalı sıfıra enir.