Resept:Qarın qutabı: Redaktələr arasındakı fərq

Vikikitab, açıq dünya üçün açıq kitablar
Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 26: Sətir 26:
Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.


[[Kateqoriya:Azərbaycan kulinariya kitabı]]
[[Kateqoriya:Azərbaycan mətbəxi]]
[[Kateqoriya:Qutablar]]
[[Kateqoriya:Qutablar]]

09:18, 7 mart 2016 tarixindəki versiya

Qarın qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri.

Tərkibi

  • 400 qr təmizyuyulmuş qoyun və ya dana qarnı,
  • 2 baş soğan,
  • 20 qr lavaşana və ya 40 qr nar,
  • 440 qr buğda unu,
  • 100 qr yağ, sumaq, darçın, duz və istiot zövqə görə.

Hazırlanması

Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Dana və ya quzu qarını isti suda dəfələrlə yuyulduqdan sonra, soyuq su ilə təkrar yuyulur. Qarın ət maşınından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş qarin qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır.

Süfrəyə verilməsi

Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.