Resept:Mimoza salatı: Redaktələr arasındakı fərq

Vikikitab, açıq dünya üçün açıq kitablar
Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
k Mimoza salatı adı dəyişildi. Yeni adı: Resept:Mimoza salatı
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 5: Sətir 5:
| Hazırlanma mürəkkəbliyi = 3
| Hazırlanma mürəkkəbliyi = 3
| Enerji qiyməti = 160 kkal.
| Enerji qiyməti = 160 kkal.
| Şəkil = [[Şəkil:Mimoiza salat 2 e-citizen.jpg|thumb|200 px|centre]]
| Şəkil = [[Şəkil:Mimoiza salat 2 e-citizen.jpg|300px]]
| Vikipediya = Mimoza salatı
| Vikipediya = Mimoza salatı
| Commons = Category:Salads
| Commons = Category:Salads

19:13, 9 iyul 2013 versiyası

Ərzaqlar

  • 450 qram toyuğun döş əti
  • 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
  • 1/2 stəkan xırda doğranmış qoz ləpəsi
  • 3 ədəd orta boy kartof
  • 2 ədəd yumurta
  • 3 ədəd orta boy yerkökü
  • zövqə görə duz
  • 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
  • rəndələnmiş Holland pendiri

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.

Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

  1. toyuq ətinin yarısı
  2. xama-mayonez qarışığı
  3. qozun yarısı
  4. kartofun yarısı
  5. duz
  6. xama-mayonez qarışığı
  7. yumurtaların yarısı
  8. duz
  9. yerkökünün yarısı
  10. xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.