Yazdım

Vikikitab, açıq dünya üçün açıq kitablar
Naviqasiyaya keçin Axtarışa keçin


Yazdım sözlərimi sənə göndərim
Düşünmə eşqimdən məhəbbətimdən
Sadəcə bir cavab almaq istədim
İçimdə burulğan acı bir hisslər
Qürurmu? İstəkmi? Acıqmı?
Göndərə bilmədim. Saxladım.
Bilirsən
İzahı bu ki, mane olmayım
Düşündüm düşünmür mane olmayım
Yadına da salmır salsa yazardı
Deyərdi hardasan? sən nə edirsən?
Işlərin necədir?
Azından adımı bir dost qoysan sən
Yenədə nigaran qalmadın görən?
Yəqin sən beləsən, çox şey istədim.
Eybi yox nə yaz nə də xəbər bil.
Məndə hec narahat etməyim səni.
Daxili dünyamı töküb yazmağa
Bir vərəq açdım, yetər eybi yox.
Təki sən rahat ol sən salamat ol !

Tarix: 2009

Müəllif: Paradoks