Üzümçülük/Üzümlüklərin salınması/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Üzümçülük/Üzümlüklərin salınması

../

Üzümçülük bir elm kimi biologiya elminin naliyyətləri əsasında inkişaf etdirilmiş və bu sahə metrologiya, fizologiya, aqrokimya, torpaqşünaslıq, botanika və başqa elmlərlə sıx əlaqədədir. Aparılan elmi tədqiqatlar və qazıntılar təsdiq etmişdir ki, üzümün vətəni Kür vadisinin, Xəzər dənizinin, Qara dəniz və Aralıq dənizinin ətraf rayonlarıdır.

Təcrübələr göstərir ki, üzümlüklərin gələcəkdə yüksək və keyfiyyətli, uzun müddətli məhsuldarlığının təmin olunması yerli şəraitə uyğunlaşdırılmış üzüm sortlarının əkilməsindən yəni əkin materiallarının tingliklərin yerli şəraitə uyğunlaşmış sortlardan salınmasından asılıdır. Üzümlüklər salınarkən hər zonanın torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış məhsuldar tənəklər seçilməli, bununla da qarışıq üzümlüklər salınmasının qarşısı alınmalıdır.