Əllərə qulluq/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Əllərə qulluq

../

Əllərimizin ən böyük düşməni təmizlik maddələridir və əllərimizi sabunladığımız zaman yuyucu artıqları tam olaraq təmizlənməz. Buna görə əl baxımı üçün dərimizin xüsusiyyətinə uyğun kremlər istifadə etməliyik. Əgər dəriniz normalsa yatmadan əvvəl barmaqlarınıza və barmaq aralarına yağlı bir krem sürtün,çünki,bu qisim hissələr daha çox çatlamalara məruz qalar. Əllərinizin üstünə isə normal dəri kremi sürtün. Kremi əllərinizə yavaş-yavaş və masaj edərək yedirin.Əllərinizdəki çatlaqlar üçün limon suyu və odekolonu qarışdırıb əlinizə sürtün. Əllərinizdə çillər meydana gəlirsə,limon sununun içinə duz qatıb əllərinizi bununla ovuşdurun.