Resept:Ət qutabı
Görünüş
(Ət qutabı səhifəsindən yönləndirilmişdir)
Ət qutabı | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 5 | |
Enerji qiyməti: | 600-500 kkal. | |
vaxt: | 1 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
[redaktə]- Qoyun əti – 200 q.,
- baş soğan – 50 q.,
- nar – 1 ədəd,
- buğda unu – 300 q.,
- ərinmiş yağ – 50 q.,
- istiot, duz.
- sumaq - 20 q.
Hazırlanması
[redaktə]Duzlu su ilə undan bərk xəmir yoğrulur, 1-0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır.
Süfrəyə verilməsi
[redaktə]Süfrəyə verdikdə üstüna sumaq səpilir.