DoS hücumlar/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ DoS hücumlar

../

İnformasiya hücumları zamanı baş verən təhlükələr müxtəlif ola bilər ki, bunlara da DoS hücumlar (Denial of Service – xidmətdən imtina), informasiyanın sızması, fayl sisteminə müdaxilə, xidməti fayllara müdaxilə, dezinformasiya, icazələıin genişləndirilməsi və s. aiddir. Mütəxəssislərin fikrinə görə müasir dövrdə yuxarıda sadalanan informasiya hücumlarından ən təhlükəlisi DoS hücumlardır. Bu hücum sistemdəki servislərin və xidmətlərin daha artıq əlyetərli olduğu şəraitdə baş verə bilər. Bu zaman informasiyanın tamlığı və konfedensiallığı nəzərə alınmır. Bir çox hallarda DoS hücumların nəticəsi kimi zədələnmiş fayllar və ya sistemin normal işinin qismən pozulması ola bilər.

DoS hücumlar iki əsas qrupa bölünürlər: informasiya ilə həddən artıq yüklənmə yaradan DoS hücum və istiqamətlənmiş DoS hücum:

  1. İnformasiya ilə həddən artıq yüklənmə yaradan DoS hücum (Flood DoS Attack) sistemi tam gücü ilə işləməyə məcbur edir ki, nəticədə əlaqə kanalları faydasız informasiya ilə dolmuş olur. Bu halda sistem xidmətinə istifadəçinin faydalı sorğusunu emal etməyə vaxtı qalmır.
  2. İstiqamətlənmiş DoS hücum (Targeted DoS Attack) proqram təminatının tam işlənməməsi nəticəsində yaranır ki, bu da sistemin müəyyən xidmətini və ya bütünlükdə sistemi istifadəçi üçün əlyetərliliyini mümkünsüz edir.