Məzmuna keç

Resept:Göyəm turşusu

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Göyəm turşusu səhifəsindən yönləndirilmişdir)

Lazımdır

[redaktə]
  • Sarımsaq – 500 q,
  • göyəm – 3 kq.,
  • dəfnə yarpağı – 3 ədəd,
  • quru nanə – 30 q.,
  • ətirli istiot – 5 əd.,
  • qara istiot – 5 əd.,
  • duz – 2 x. q,
  • şərab sirkəsi – 100 q.

Hazırlanması

[redaktə]

Göyəm yuyularaq 1-2 yerdən çəngəllə deşilir. Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə qaynar su tökülür. Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır). Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır və qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.