Resept:Çörək kvası
Wikibooks saytından
Çörək kvası
| Çörək kvası | ||
|---|---|---|
| Kateqoriya: | Avropa mətbəxi | |
| Porsiya: | 10 | |
| Enerji qiyməti: | 200 kkal. | |
| vaxt: | 2 gün. | |
| Hazırlanma mürəkkəbliyi: | ||
|
|
||
Tərkibi
- Çörək – 0.5 kq,
- su – 5 ml,
- kişmiş – 1 x. q.,
- şəkər – 200 q,
- maya – 5 q.
Hazırlanma qaydası
Çovdar çörəyini nazik dilimlərə doğrayıb, tünd-qəhvəyi rəng alana qədər qurutmalı.
Suyu qaynadıb, çörək suxarisini isti-isti suya tökməli. Gündə iki-üç dəfə qarışdırmaq şərtilə 2 gün saxlayıb, sonra ikiqat tənzifdən süzmək lazımdır.
Sıxılmış mayanı üzərinə yarım stəkan ilıq su tökməklə 20-25 dəq. saxlamalı və süzülmüş çörək suyunun üzərinə əlavə etməli. 1-2 gün saxlayıb qıcqırtdıqdan sonra kvası süzüb maya çöküntüsündən ayırır, lazım gələrsə süzür, qablara töküb, kişmiş və şəkər əlavə edilir.
Kvas soyuducuya qoyulur. 2-3 gündən sonra kvas içilmək üçün hazırdır.
| İçkilər | ||
|---|---|---|
|
• Kofe • Çay • Limonadlar • Kvaslar • Kokteyllər • Şərbətlər • Spirtli içkilər • Şirələr • Sular |
||