Resept:Balqabaq qutabı

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

[redaktə] Tərkibi

  • 1 kq balqabaq,
  • 100 qr nar,
  • 400 qr buğda unu,
  • 4 baş soğan,
  • 120 qr ərinmiş yağ,
  • 0,4 qr darçın, duz.

[redaktə] Hazırlanma qaydası

Balqabaq soyulub xırda doğranılır, dayaz qazanda üstünə 0.5 stəkan su tökülüb qapağı örtülərək öz buğunda bişirilir. Soğan ayrıca yağda qızardılaraq balqabağa qatılır, duz, darçın və nar vurularaq qarışdırılır. Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, həmin xəmir 1 mm qalınlığında yayılır, kasa ağzı boyda dairələr kəsilir. Həmin dairələrin bir tərəfinə hazırlanmış balqabaq qoyulub, nar dənələri səpilir, aypara şəkilində bükülür və kənarları qatlanır, sacda, fırında və ya da tavada hər iki üzü qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə ərinmiş yağ çəkilir.

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu