Resept:Düşbərə
Wikibooks saytından
| Düşbərə | ||
|---|---|---|
| Kateqoriya: | Xəmir xörəkləri | |
| Porsiya: | 4 | |
| Enerji qiyməti: | 1000-800 kkal. | |
| vaxt: | 2 saat | |
| Hazırlanma mürəkkəbliyi: | ||
|
|
||
[redaktə] Tərkibi
- un - 2 st.
- qoyun əti - 100 q.
- soğan - 2 baş
- keşniş, şüyüt, duz, istiot
- sarıkök və ya pomidor
[redaktə] Hazırlanma qaydası
Soğan və ət maşında çəkilir, üzərinə duz istiot əlavə edib qarışdırılır. Adi xəmir hazırlanır. 2 kündəyə bölünür. Kündələr yayılır və dördbucaqlı şəklində kəsilir. Kəsilmiş xəmirlərə ət qoyulur, papaq şəklində bürülür. Suyu qaynadıb üzərinə duz, yağda qızardılmış soğan, sarıkök (və ya doğranmış pomidor) əlavə edilir. Daha sonra bükülmüş xəmirlər suya tökülür və 10 dəq. bişirilir.