Resept:Göbələkli qovurma
Wikibooks saytından
| Göbələkli qovurma | |
|---|---|
| Kateqoriya: | Milli mətbəxlər |
| Porsiya: | 6 |
| Enerji qiyməti: | 1000-1500 kkal. |
| vaxt: | 2 saat |
| Hazırlanma mürəkkəbliyi: | |
[redaktə] Tərkibi
- Quzu əti - 500 q.
- Soğan - 3 ədəd
- Göbələk - 100 q.
- Kərə yağı - 2 x.q.
- Duz, istiot, cəfəri
[redaktə] Hazırlanması
Yağı tavada isidilir, göbələklər iri doğranaraq soğanla qızardılır. Bir neçə dəqiqə qızardıqdan sonra duz, istiot əlavə edilir. Ət xırda doğranaraq ayrıca tavada qızardılır, sonra göbələkli qarışığa qatıb, bir az sobada bişirilir, isti halda üzərinə xırda doğranmış göyərti səpilərək süfrəyə verilir.