Resept:Gəncə paxlavası

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

[redaktə] Tərkibi

Xəmir üçün:

  • əla növ buğda unu - 300q,
  • yumurta 1/2 əd.,
  • duz - 3q;

İçlik üçün:

  • Badam- 180q,
  • şəkər tozu - 180q,
  • darçın - 3q.;

Şərbət üçün:

  • şəkər - 160q,
  • bal - 40q.;
  • Təbəqələrin arasına sürtmək üçün yağ - 40q,
  • səthinə sürtmək üçün yumurta - ½ ədəd.

[redaktə] Hazırlanması

Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Xəmir 1-3 mm qalınlığında yayılır və yağ sürtülmüş listin içinə sərilir. Xəmirin üzərinə əridilmiş yağ sürtülür, bunun da üstünə üstünə yağ sürtülmüş ikinci qat xəmir salınır. Hər üç qatdan sonra 4-5 mm qalınlığında içlik yayılır. Gəncə paxlavası 23 qatdan ibarət olur, o cümlədən 18 qat xəmir, 5 qat isə badam içliyi. Peçə qoymazdan əvvəl paxlava romb şəklində kəsilir, üstünə yumurta sürtülür. Paxlava istiliyi 180-200 °S olan peçdə 30-35 dəq. ərzində iki dəfəyə bişirilir. Peçə qoyulandan 10-12 dəq sonra list çıxarılıb paxlavanın üstünə şərbət tökülür. Şərbət şəkər və baldan hazırlanır. Üstünə şərbət tökülmüş paxlava peçdə hazır olana qədər bişirilir. Paxlava bişirildiyi listdə də soyudulur.

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu