Resept:Lülə kabab

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

[redaktə] Tərkibi

  • Qoyun əti - 330 q,
  • quyruq yağı - 20q,
  • baş soğan - 20q,
  • göy soğan 40q,
  • cəfəri və reyhan - 15q,
  • buğda unu - 45q,
  • sumaq - 3q,
  • duz, istiot.

[redaktə] Hazırlanma qaydası

Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor və badımcan verilir.

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu