Resept:Qarın qutabı

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

[redaktə] Tərkibi

  • 400 qr təmizyuyulmuş qoyun və ya dana qarnı,
  • 2 baş soğan,
  • 20 qr lavaşana və ya 40 qr nar,
  • 440 qr buğda unu,
  • 100 qr yağ, sumaq, darçın, duz və istiot zövqə görə.

[redaktə] Hazırlanması

Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Dana və ya quzu qarini isti suda dəfələrlə yuyulduqdan sonra, soyuq su ilə təkrar yuyulur. Qarin ət maşınından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş qarin qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu