Resept:Qazan kababı
Wikibooks saytından
| Qazan kababı | |
|---|---|
| Kateqoriya: | Azərbaycan mətbəxi |
| Porsiya: | 2 |
| Enerji qiyməti: | 1500 kk |
| vaxt: | 1 saat |
| Hazırlanma mürəkkəbliyi: | |
[redaktə] Lazımlı ərzaqlar
adambaşına
- 300 qr qoyun əti
- 20 qr quyruq yağı
- 25 qr nar
- 2 ədəd baş soğan
- 5 qr göyərti
- istiot, duz.
[redaktə] Hazırlanma qaydası
Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.