Resept:Qoz kiseli

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qoz kiseliAzərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.

Tərkibi[redaktə]

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Qoz ləpəsi – 160 q, şəkər – 100 q, qarğıdalı nişastası – 40 q, su – 740-800 ml.

Hazırlanma qaydası[redaktə]

Qoz ləpəsinin üstünə qaynayan su töküb, qapağını örtün və 4-5 dəq. saxlayın. Sonra qozun qabığını təmizləyib, soyuq suda yuyun. Qoz ləpələrinin eynicinsli kütlə alınana qədər həvəngdə döyün, üsütünə qaynayan su töküb, ciddi qarışdırın və tənzifdə süzün. Tənzifdə qalan çöküntünü ikinci dəfə həvəngdə əzib, əməliyyatı təkrar edin. Alınmış qoz südünə şəkər əlavə edib, qaynayana qədər qızdırın. Üzərinə qarışdırılmış qarğıdalı nişastası əlavə edin və qaynayan kimi kiseli qablara töküb, soyuq yerdə saxlayın, qurumasın deyə üstünə toz-şəkər səpin