Veb texnologiyaları
Veb texnologiyaları — informasiya texnologiyalarının bir istiqaməti haqqında kitab.
Mündəricat |
[redaktə] HTML
HTML (Hypertext Markup Language, Гиппертекставой язык меток) – Web-səhifənin növünü və funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış proqram dilidir. Başqa sözlə desək HTML hipermətn sənədlərini təsvir edən dil olub, Internetin fundamental baza texnologiyasıdır. Bütün Web qovşaqlarda toplanmış və Internetə qoşulmuş kompyuterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar .htm və .html genişləndirməsi ilə göstərilir.
Hipermətn (Hyperlink, Гиппертекст) – HTML sənədinin verilən Web-səhifədə hər hansı obyektin digər sənəddəki konteks verilənlər arasında dinamik əlaqəni realizə edən baza funksional elementidir. Bu termini açıqlamaq üçün sadə misala baxaq. Fərz edək ki, yaratdığınız HTML sənədində “hiperistinad” yazılmış söz vardır və bu sözün açılışı Internetdə bu sənəddən asılı olmayan digər bir sənəddə verilmişdir. Bu sözü hiperistinad etməklə, yəni ikinci sənədlə əlaqələndirməklə sadə hiperistinad yaratmış olursunuz. Hiperistinad sözünün mənasını bilmək istəyən istifadəçi üçün həmin sözün üstündə manipulyatorun göstəricisini basmaq kifayətdir. Bu zaman “hiperistinad” sözünü açıqlayan növbəti web-səhifəyə keçid yaranır. Hiperistinad kimi nəinki mətn elementlərindən, eləcə də qrafiki obyektlərdən istifadə etmək olar. Hiperəlaqəni nəinki bir fiziki serverdə yerləşən bir neçə sənəd arasında, eləcə də Internet-in müxtəlif şəbəkələrində yerləşən obyektlər arasında qurmaq olar.
[redaktə] Brauzerlər
HTML sənədləriniə baxmaq üçün xüsusi proqram təminatı lazımdır ki, bu da HTML kodunun dinamik işlənməsi və web-səhifələrin göstərilməsini təmin edir. Belə proqramlar brauzerlər adlanır. Brauzer – xüsusi kliyent proqramı olub, web-qovşaqlarda yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün nəzərdə tutulub. Brauzerlər imkanlarının realizə spektrlarından asılı olaraq bir neçə siniflərə bölünürlər. Əsas iki sinif - web-səhifələrdə qrafik element təsvirlərini dəstəkləyən və dəstəkləməyən brauzellər mövcuddur. İnternet istifadəçiləri arasında ən çox yayılmış brauzerlər Microsoft Windows mühitində işləmək üçün nəzərdə tutulmuş Microsoft Internet və Explorer Netscape Navigator proqramlarıdır. Daha sonra isə Opera, Arachne və UNIX platforması üçün yaradılmış Lynx mətn brauzeridir.
Qeyd etmək lazımdır ki, müxtəlif brauzerlərdə qurulmuş HTML interpritatorları eyni cür işləmirlər, nəticədə bir HTML sənədi müxtəlif brauzerlərdə müxtəlif görsənir.
[redaktə] Server, sayt və səhifə
Server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsisi proqram yazılmış kompyuter nəzərdə tutulur. Ona başqa sözlə web-server və ya http-server də deyirlər. Server klient kompyuter sorğusuna cavab olaraq lazımi Web-səhifəni İnternetdən gətirir. Əgər sizin fərdi kompyuterin serverlə əlaqəsi varsa və oradan lazımi informasiya alırsa bu halda sizin kompyuter «klient», bütün bu server isə «klient-server» adlanır. Öz resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompyuter ilə bu resursları istismar edən istifadəçi kompyuter arasında informasiyaları ötürmə mexanizmi klient-server sistemi adlanır.
Serverlər müxtəlif olurlar. Bu muxtəliflik serverlərin işlədikləri operasion sistemlərdəki fərqlərdən ibarətdir. Hal hazırda İnternet şəbəkələrində ən çox iki növ server proqramlarından istifadə olunur:
Microsoft Internet Information Server (IIS) - Window NT/2000 sistemi əsasında işləyən. Hər hansı təşkilatda yerləşdirilmiş ayrıca bir serverdir. Apache – OC UNIX standartına uyğun platforma üçün nəzərdə tutulmuşdur. My SQL verilənlər bazası ilə inteqrasiya olunur, Web-provayderlərin çoxu tərəfindən istifadə olunur. Apache Web-servert proqramını http://www.apache.org URL ünvanından pulsuz yükləmək olar. Adətən serverlər böyük ötürücü xüsusiyyətə malik xətlərdə işləyirlər. Məsələn: əlaqə kanalları optik liflərdən ibarət şəbəkələrdə. Hər bir serverin xüsusi domeni olmalıdır ki, bu da Domain Name System standartlarına cavab verən DNS ünvanıdır. Beləliklə server xüsusi proqram təminatı qurulmuş, məxsusi domen ada malik kompyuterdir. Serverin sahibi və administratoru serverə müraciətə icazəni verə bilər və ya bu icazəyə qadağan qoya bilər. Eyni zamanda administrator CGI skripti və SSI əlavə proqram və funksiyaları qoşa, sazlaya və yerinə yetirmək ixtiyarına malikdir.
Server Internet istifadəçiləri arasında «informasiya portalı» adlanır. Bu çoxlu sayda kiçik ölçülü müxtəlif tematik bölmələrdən və ya müəyyən sayda sərbəst proyektlərdən təşkil olunmuş böyük virtual fəzadır.
Serverdən fərqli olaraq sayt server proqramı ilə təmin olunmayıb. Saytların çoxunun xüsusi domen adına malik olmalarına baxmayaraq, onlar serverin bir hissəsi sayılırlar. Sayt (site, sahə) – serverin hər hansı sahəsidir, yəni bütünlüklə hər hansı mövzuya həsr olunmuş bölmədir.
Internetdə yerləşən resursların realizə olunması verilənlərin ötürülməsinin «kliyent-server» sxemi əsasında təşkil edilmişidir. Web-səhifənin kliyent brauzerinə yüklənilməsi üçün kliyent brauzeri server kompyuterində yerləşən və http-server adlanan xüsusi proqrama sorğu göndərir və sorğuya əsasən alınan informasiyanı araşdırır. Göstərilən halda brauzerin əsas funksiyası serverdən nəzərdə tutulmuş səhifəni soruşmaq, bu səhifəni almaq və istifadəçinin ekranında işıqlandırmaqdır. Server isə brauzer tərəfindən sorğunu qəbul edir, göndərilən sorğuya əsasən sənədi axtarır və tapılmış faylın məzmununu boauzerə göndərir. Əgər server tərəfindən soruşulan fayl tapılmırsa və ya fayla müraciətə qadağan qoyulubsa, o halda server brauzerə səhv haqqında məlumat göndərir. Bu zaman http-server ötürülən sənədin məzmununu analiz etmir. Başqa sözlə http-serverin işi informasiyanı brauzerə göndərməkdir. İnformasiyanın strukturlaşdırılması və ekranda işıqlandırılması işlərini isə brauzer yerinə yetirir. Soruşulan səhifənin axtarışı verilən server kompyuterində sayt üçün ayrılmış xüsusi direktoriya üzrə aparılır. Bu direktoriyaya istinad istifadəçi tərəfindən daxil edilmiş ünvanda yerləşir. Əgər müraciət konkret sənədə deyil, bütünlükdə sayta edilirsə, http-server avtomatik olaraq index.html (Apache Web-serverləri üçün) və ya default.htm (Microsoft IIS Web-serverləri üçün) adlanan və saytın əsas səhifəsi olan «başlanğıc səhifəni» gətirir. Bu sənəd mütləq serverdə həmin sayt üçün ayrılmış əsas qovluqda yerləşdirilməlidir. Saytın digər faylları ya əsas qovluqda və ya buraya daxil olan digər direktoriyalarda yerləşdirilirlər. Web-sayt – bir-biri ilə əlaqəli, mənaca yaxın olan Web-səhifələrin və faylların yığımıdır.
Web-səhifə – xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Web-səhifələr 2 cür olurlar: Statik və dinamik.
Statik Web-səhifələr «təmiz» html teqlərindən ibarət olurlar. Birinci misal:
<HTML>
<HEAD>
<TITLE> My Web-sayt </TITLE>
</HEAD>
<BODY>
Xoş gəlmisiniz!!!
Bu günkü tarix: 31/03/03
</BODY>
</HTML>
Dinamik Web-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. İkinci misal:
<HTML>
<HEAD>
<TITLE> My Web-sayt </TITLE>
</HEAD>
<BODY>
Xoş gəlmisiniz!!!
Bu günkü tarix: <%= Date %
</BODY>
</HTML>
Birinci misalda səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Web-master tərəfindən dəyişdirilirsə, ikinci misalda tarix Web-serverdə avtomatik dəyişilir. Web-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Web-səhifəyə daxil olan əsas elementlər:
- Səhifənin başlığı (banner);
- Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur;
- Qrafik təsvirlər;
- Mətn blokları.
[redaktə] JAVA
JAVA proqram dili Sun Microsystems şirkəti tərəfindən yaradılmış struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Hal-hazırda Internetdə iki variantda mövcüddur: JavaScript və Java. Birinci variant HTML standartının bir hissəsi olub, bu formatda yaradılmış sənədin imkanlarını genişləndirmək məqsədilə istifadə olunur. JavaScript dilində yazılmış modul HTML faylına alt proqram kimi inteqrasiya edilir və standart əmr vasitəsilə HTML kodunun uyğun sətrindən çağırılır. Brauzerdə qurulmuş dil interpretatoru hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul edərək hər iki verilənləri eyni zamanda emal edir. Java modulu JavaScript modulundan fərqli olaraq ondan istifadə edən səhifəyə inteqrasiya olunmur. Sərbəst əlavə (proqram) kimi mövcuddur, elmi dildə desək apletdir. Bu dildən itifədə edərkən aplet uyğun əmr vasitəsilə HTML faylından çağırılmasına baxmayaraq onun yüklənməsi, inisializə olunması və yerinə yetirilməsi fon rejimində ayrıca proqram kimi olur.
Java texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər daxil etmək, sürüşkən pəncərələrin və qurulmuş freymlərin formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil vasitəsilə «saat», «qaçan sətr», digər animasiyalar və çat yaratmaq mümkündür.
Üstün cəhəti: serverdə Java proqramının işini təmin etmək məqsədilə əlavə modullarının yüklənmə və qurulmasının lazım olmamasıdır. Mənfi cəhəti: Java dilinin kompilyasiyasını dəstəkləməyən köhnə versiyalı brauzerlərlə işləyən istifadəçilər bu dildə yaradılmış obyektləri görə bilmirlər.
[redaktə] CGI
CGI (Common Gateway Interface) texnologiyası dedikdə Internet resurs daxilində baza əlavələrində interaktiv elementlərindən istifadə nəzərdə tutulur. CGI texnologiyası verilənlər axınının bir obyektdən digər obyektə ötürülməsini təmin edir.
Ümumdünya şəbəkədə çatlar, konferensiyalar, elan lövhələri, axtarış maşınları bu cür təşkil olunmuşdur. Ümumilikdə CGI texnologiyasının iş prinsipi aşağıdakı kimi qurulmuşdur. İstifadəçi Web-səhifədə hər hansı formanı doldurur və düyməni basır. Bundan sonra HTML kodunda qurulmuş CGI skriptinin çağırış sətri uyğun CGI proqramını işə salır və ona informasiyanın emalı prosesini ötürür. İstifadəçi tərəfindən daxil olan verilənlər bu proqram vasitəsilə göndərilir, həmin proqram öz növbəsində verilənləri başqa səhifəyə «düzür»: ya poçt vasitəsilə və ya hər hansı başqa üsulla. CGI skriptləri serverdə bu məqsədlə ayrılmış direktoriyalarda yerləşirlər. Bu direktoriyalara CGI–BIN qoyulur. Belə proqramların qurulması və yerinə yetirilməsi http-serverə xüsusi icazə ilə yanaşı, istifadəçidə müəyyən bilik və təcrübə tələb edir.
CGI texnologiyası iki üsulla realizə olunur:
- PERL (Practical Extraction and Report Language) dilində yazılmış proqramlardan istifadə etməklə. Bu cür fayllar .pi genişləndiricisinə malik olur. PERL dili də HTML kimi interpritasiya olunmuş dildir, yəni skripti yerinə yetirən zaman əlavə kompilyasiyalar tələb olunmur.
- C dilindən istifadə etməklə yaradılmış əlavələrin köməyi ilə. Bu əlavələr serverdə kompilyasiya edilir. Beləliklə uyğun UNIX platformalarının çoxu bu dildə qurulmuş translyatorları özündə birləşdirir. Belə proqramlar .cgi genişləndiricisinə malik olur.
Yuxarıda sadalanan əməliyyatlardan əlavə CGI texnologiyasının köməyi ilə reklam bannerlərinin ardıcıl göstərilməsi sistemini yaratmaq, faylların serverlərə avtomatik yüklənməsini təmin etmək, saytın səhifəsindən elektron məktubun göndərilməsi formasını hazırlamaq və virtual şəkillər xidmətini təşkil etmək olar.
Üstün cəhəti: kliyent proqram təminatından asılı olmaması, yəni bu texnologiyanı brauzerin köməyi ilə serverdəki informasiyalara baxan hər bir istifadəçi tətbiq edə bilər. Bu zaman hansı versiyalı brauzerlərdən istifadə edilməsi vacib deyil.
Mənfi cəhəti: CGI proqramını serverdə yükləmək və quraşdırmaq üçün adminstrator hüququna malik olmaq lazımdır. Belə ki, bu proqramlar işləyərkən server kompyuterin normal işləməsini və şəbəkənin stabilliyini poza bilər.
[redaktə] SSI
SSI (Server Side Includes) – CGI ilə sıx bağlı olan texnologiyadır. SSI proqramı C dilinə oxşayır. SSI-nin köməyi ilə verilən alqoritmə və şərtlərə əsasən istənilən mətni sənəddən çıxarmaq, HTML faylının formatını dəyişmək olar.
[redaktə] CSS
CSS (Cascading Style Sheets, каскадные таблицы стилей) – çox vaxt html-sənədlərini yaradarkən Web-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar:
- müəyyən abzas d
axilində şifrələrin dəyişdirilməsi;
- mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi;
- mətnin və ya fonun rənginin dəyişdirilməsi;
- müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s.
Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsi ilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyi ilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar.
[redaktə] RNR
RNR (Personal Home Page tools) – PERL dilini xatırladan interpretə olunmuş dildir ki, onun köməyi ilə web-səhifələrə interaktiv elementlər daxil edilir. PHP dilində yazılmış kod HTML sənədinə altproqram kimi qoşulur. Sənədin interaktiv elemet yerləşəcəyi yerə sadəcə olaraq PHP ssenarisi qoyulur. Serverin PHP skriptləri daxil edilmiş faylları tanımaq üsulları müxtəlifdir və birinci növbədə konkret serverin tipindən asılıdır. Bu cür fayllar .php cenişlənməsi ilə saxlanılır. İstifadə edilən dilin versiyasından asılı olaraq PHP faylları .php2 və ya .php3 cenişlənmələrinə malik olurlar. PHP texnologiyasından istifadə etməklə Web-səhifələrə sayğaclar qoyulur ki, onların köməyi ilə həmin səhifələrə müraciətlərin sayı hesablanır və bu hesablamalar əsasında statistik informasiyalar tərtib olunur. PHP dili parol vasitəsi ilə müraciət yaratmağa imkan verir ki, bu da sənədlərin mühafizəsində geniş istifadə olunur.
Mənfi cəhəti: PHP texnologiyası Internetin bütün serverləri tərəfindən dəstəklənmir.
[redaktə] ASP
ASP (Active Server Pages, активные страницы сервера) – JavaScript və RNR texnologiyalarına çox oxşardır, belə ki, onun köməyilə Web-səhifələri interaktiv etmək olur. Bunun üçün Web-səhifənin kodunu Java və C dillərini xatırladan makro dildə yazılmış xüsusi skript daxil edilir. Skript interpritə olunur və birbaşa serverdə yerinə yetirilir. Nəticədə istifadəçinin brauzerinə ASP ssenarisi daxil edilmiş hazır html-sənədi göndərilir. İstifadəçinin kompyuterinin hansı proqram təminatı ilə işləməsi nəzərə alınmır. ASP texnorlogiyasının istifadə olunacağı serverin tipini bilmək vacibdir, çünki bütün tip serverlər bu texnologiyanı dəstəkləmir.
[redaktə] VBScript
VBScript, və ya Visual BASIC Script (Visual Beginners All-purpose SymbolicInstruction Code Script, визуальный символический универсальный командный код для начинающих) – interpritə olunmuş dil olub, web-səhifəyə interaktiv element daxil etmək məqsədi ilə html-sənədinə yerləşdirilir. Bu texnologiyanın bir hissəsi Microsoft şirkəti tərəfindən yaradılmışdır.
Java Script və VBScript dillərini müqayisə etsək, görərik ki, onların mnemonika və sintaksisləri arasında çox böyük oxşarlıq var. Java Script-in yerinə yetirə bildiyi bütün işləri VBScript dilinin köməyi ilə də görmək olar. Bu dillərin hər hansının daxil olduğu Web -səhifənin hansı tipli serverə yüklənməsi vacib deyil.
Mənfi cəhəti: VBScript yalnız Internet Explorer 3.0 və bu brauzerin yuxarı versiyalarını dəstəklədiyi halda, Java Script həm Internet Explorer, eləcə də Netscape Navigator brauzerini dəstəkləyir.
[redaktə] Macromedia Flash
Macromedia Flash standartı 1996-cı ildə Macromedia şirkəti tərəfindən işlənmişdir. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Web-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Web-səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir.
Macromedia Flash poqramının digər Web-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel, həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti-mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır.
Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur. Xüsusi redaktorlardan istifadə etməklə kiçik bir proqram yazmaq olar ki, onun köməyi ilə kliplərin işıqlanmasını idarə etmək, saytlarda xüsusi animasiyalı ön səhifələr (zastavka) yaratmaq olar. Macromedia Flash texnologiyasının mexanizmi çox sadədir: Web-dizayner tərəfindən yaradılmış interaktiv elementlər və ya animasiyalar HTML səhifəsinə göndərilən interpretə olunmuş koda çevrilir. Kliyent brauzerinin Flash obyektini tanıması üçün istifadəçinin kompyuterinə Macromedia Flash Player adlanan xüsusi proqram (plug-in) instalizə olunur. Bu proqram Macromedia şirkəti tərəfindən pulsuz yayılır. İstifadəçinin brauzeri Flash formatlı sənədlə qarşılaşdıqda, uyğun qovşaqla əlaqə yaradır və nəticədə Flash Player proqramı avtomatik olaraq istifadəçinin kompyuterinə yüklənir. Mənfi cəhəti: Macromedia Flash standartı yalnız Macromedia Internet Explorer 4.0-5.0, Netscape Navigator 4.01 və yuxarı versiyalı brauzerlər tərəfindən tanınırlar. Digər brauzerlər isə bu standartı tanıya bilmir.
[redaktə] DHTML
DHTML (Dynamic Hyper Text Markup Language, dinamiçeskiy əzık razmetki qiperteksta) dilinə HTML standartının daha geniş versiyası kimi baxmaq olar. Bu dilin köməyi ilə mətnin altına qoyulmuş hərəkət edən fon, hərəkət edən obyekt, batan və ya yox olan menyu, manipulyator yaxınlaşdıqda işıqlanan düymələr, qaçan sətr və digər interaktiv elementlərə malik Web-səhifələr yaratmaq mümkündür. DHTML dili bir növ HTML və JavaScript dillərinin birləşməsidir. Bu standart interpritə olunmuş makrodilin köməyi ilə hazırlanmış sadə ssenarilərdən istifadə edir ki, həmin ssenarilər HTML kodu ilə birgə brauzer tərəfindən işlənir. Bu cür ssenarilər «skriplet» adlanırlar. Skriplet hazırlamaq üçün DHTML standartından və ActiveX interfeysin direktivini dəstəkləyən istənilən makrodildən istifadə edilir. DHTML Macromedia Internet Explorer 4.0-5.0 brauzerləri tərəfindən tanınır.
[redaktə] XHTML və XML
XML (Extinsible Markup Language, rasşirəemıy əzık razmetki) – 2000-ci ildə HTML dilini yaradanlar tərəfindən – Word Wide Web Consortium (W3C) təklif olunmuş ən yeni standartlardan sayılır. Bu dil Web-səhifələrin yaradılmasında istifadə olunan ən yeni texnologiyadır. Strukturuna ğörə XML hiperistinadların yerləşdirilməsi dili deyil, daha aşağı səviyyəli dilləri təsvir etmək üçün istifadə olunan metodildir. XHTML dili XML ilə HTML dili arasında aralıq variantdır.
XML ilə XHTML dilləri HTML dilinin imkanlarını artırır və Web-masterlərə İiternetdə olan bütün potensiallardan 100% istifadə etməyə imkan verir. XHTML dedikdə elektron sənədlərin yaradılmasının modul arxitekturası nəzərdə tutulur. Bu standart İnternetdə ənənəvi olmayan mexanizmlər: fakslar, mobil telefonlar və televizorlar yaratmağa imkan verir. Analitiklərin fikrincə XML dili istifadə olunan formatları tədricən özünə daxil etməklə yaxın gələcəkdə ümumdünya hörümçək torunun əsas standartı olacaqdır.
[redaktə] Web-xostinq
Web-sayt yaradılıb hazır olduqdan sonra qarşıya əsas məsələ çıxır: Web-saytın İnternetdə yerləşdirilməsi. Sənədin istifadəçilər tərəfindən baxılması onun İnternet şəbəkəsində hansı ünvanda yerləşdirilməsindən asılıdır. Odur ki, xostinq haqqında əvvəlcədən düşünülməlidir. Belə ki, tələblərinizdən və büdcənizdən asılı olaraq hər hansı uyğun variant seçilməlidir.
Web-xostinq və ya sadəcə olaraq xostinq dedikdə Web-səhifənin İnternet şəbəkəsində hər hansı serverin əvvəlcədən ünvanlaşmış diskində yerləşdirilməsi deməkdir. Şəxsi Web-saytı İnternetdə nəşr etdirmək üçün real olaraq dörd istiqamət mövcuddur.
Birinci istiqamət – pulsuz xostinq. Müəyyən firmalar heç bir xərc tələb etmədən öz serverlərindəki diskdə müəyyən həcmə malik yer ayırmaqla sizə Web-saytı İnternetdə işıqlandırmaq imkanı verirlər. Çox vaxt Web-saytların məzmununa heç bir məhdudiyyət qoyulmur. Lakin İnternetdə ümumi qəbul edilmiş qaydalar nəzərə alınmalıdır: pornoqrafiyanın olmaması, beynəlxalq qanunvericiliyə zidd materiallar, məsələn, müəllif hüquqlarının pozulması və zorakılığa çağırışlar. Qeydiyyatdan keçdikdən sonra istifadəçi elektron poçt vasitəsi ilə qeydiyyata alınmağı və bununla əlaqədar olaraq ona parol və loqin verilməsi haqqında məlumat alır. Bu əməliyyatlardan sonra səhifənin nəşrinə başlamaq olar. Lakin nəzərə alın ki, sizin saytın hər bir səhifəsinə serverin sahibi öz reklamını daxil etmək hüququ var və deməli onların əsas qazanc məmbəyi sizin sayt deyil, sizin saytdakı səhifələrdə yerləşdirilmiş reklamlardır. Nəzərə almaq lazımdır ki, bu reklamlar çox vaxt səhifənin əvvəlində bannerlər şəklində olurlar. Banner fiksə olunmuş ölçüyə malik, hipermətn rolunu oynayan animasiyalardan ibarət reklam təsviridir. Bannerdə yerləşdirilmiş hipermətn Internet şəbəkəsinin hər hansı bir resursuna daxil olmağa imkan verir.
İkinci istiqamət – provayder tərəfindən xostinq. İnternet – provayderlərin çoxu şəxsi səhifəni yerləşdirmək üçün diskdə yer ayırırlar. Bu variant pulsuz xostinq üsulundan daha yaxşıdır:
- Provayder sizin qarşınızda saytın keyfiyyəti və serverinin düzgün işləməsi üçün məsuliyyət daşıyır;
- Sizin səhifənizdə yad və lazımsız reklam olmayacaq ki, nəticədə poçt yeşiyinizə lazımsız məktublar daxil olmayacaq;
- Siz hər zaman texniki dəstək xidmətinə zəng edib növbətçi administratorla istənilən sual ətrafında konsultasiya ala bilər.
Mənfi cəhəti:
- provayderlərin çoxu öz serverlərində CGI-skriplərindən istifadə etməyə icazə vermirlər;
- nəşrdən sonra sizin saytın adı uzun və çətin oxunan olur;
- nəşrdən sonra siz İnternetdən istifadə etməsiniz və ya provayderi dəyişsəniz saytınız o anda serverdən ləğv olunur.
Üçüncü istiqamət – pullu xostinq. Çoxları elə başa düşə bilər ki, pullu xostinq çox baha başa gəlir. Bu elə deyil. Əsas üstünlüyü ondan ibarətdir ki, yuxarıda göstərilən çatışmamazlıqlar pullu xostinqə aid deyillər. Sizin saytın qeydiyatı üçüncü səviyyəli domenlə təmin edilir.