Məzmuna keç

"İrəvan ədəbi mühiti"ndə nəşr olunan "Lək-lək" və "Bürhani-həqiqət" ədəbi-bədii mətbuat abidələrinin rolu barədə

Vikikitab, açıq dünya üçün açıq kitablar
“İrəvan ədəbi mühiti”ndə nəşr olunan “Lək-lək” və “Bürhani-həqiqət” ədəbi-bədii mətbuat abidələrinin rolu barədə
Müəllif: Ziyəddin Məhərrəmov
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın dosenti


Zaqafqaziyanın inzibati-mədəni mərkəzi olan Tiflisdə ictimai-siyasi səciyyə daşıyan ədəbi-publisist materiallara daha çox yer ayıran, rus dilində çıxan ilk qəzet "Tiflisskoe vedomosti" ("Tiflis əxbari") olmuş, ilk nömrəsi 1828-ci ilin iyun ayının 4-də çıxmışdır. Həmin qəzet 1829-cu ildə gürcü dilində, 1832-ci ildə isə Azərbaycan dilində nəşr olunmuşdur.
Azərbaycan dilində buraxılan "Tiflis əxbari"ının nömrələrinin əldə olunmadığnı qeyd edən mərhum alimimiz Nazim Axundov "Tiflisdə tatar dilində qəzetinin nəşr edilməsi haqqında" Gürcüstanın tarix arxivində saxlanılan 114-ci fondun 142-ci qovluğunun 35-ci səhifəsində məlumatın olduğunu göstərmişdir.
Zaqafqaziyada Azərbaycanca çap olunan ikinci qəzet "Qafqazın bu tərəfinin xəbərləri"dir. "Zaqafqazskiy vestnik" adlı qəzet 1838-ci ildən rus dilində, 1845-ci ildən gürcü və Azərbaycan dillərində Tiflisdə çıxmış və bir neçə il nəşri davam etmişdir.
Mollanəsrəddinçilər XIX əsrdə yaşamış M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani kimi Azərbaycan yazıçı, maarifpərvər deraokratlarmm və ictimai xadimlərinin ənənələrini XX əsrin əvvəllərində böyük məharətlə davam etdirmişlər.
XX əsr Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində "MollaNəsrəddin"jurnalının özünəməxsus yeri olduğu ədəbi aləmə məlumdur. Ədəbiyyatımızın görkəmli nümayəndələrindən C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar, E.Sultanov və onlarca başqalan öz əsərlərini "Molla Nəsrəddin" jurnalı və "Molla Nəsrəddin" ənənələrinə sadiq olan digər satirik mətbu orqanlar vasitəsilə Zaqafqaziyada və türk-dilli ölkələrin xalqları arasında yayaraq üçün ədəbi-bədii publisistikanın bütün janrlarının imkanlanndan səmərəli istifadə etməklə, geniş xalq kütblərinin məfkurəsində irəliyə doğru əsaslı dəyişiklərin yaranmasnı bir ümdə məqsədləri hesab edirdilər.
"Molla Nəsrəddin" özünəqədərki Azərbaycan mətbuatınm"Əkinçi" I (1875-1877), "Ziya" (1879-1880),"Ziyayi-Qafqaziyyə" (1880-1884), "Kəşkül" (1883-1891) inkişafı tarixində yeni birr mərhələdir
 Yeri gəlmişkən qeyd olunmalıdır ki, İrəvan şairlərindən Mirzə Kazım Qazi Əsgərzadə"Müttəle" və "Əkinçi" qəzetinin İrəvan müxbiri olmuş, Hacı Seyid Rza Əmirzadə "Sabirin" bu qəzetin səhifələrində məqalələri dərc olunmuşdur.
Azərbaycan inqilabi-demokratik ədəbiyyatın və ictimai fikrinin bayraqdarı olan "MollaNəsrəddin" satirik jurnalın nəşri tarixi 25 illik bir dövrü əhatə edir (1906-1931). Jurnal 7 (20) aprel 1906-cı ildə Tiflisdı nəşrə başlamış və 1917-ci ilin sonunadək orada fasilələrlə nəşrini davam etdirmişdir. Sonralar jurnal Təbrizdə (1921) və Bakıda (1922-1931) çıxmışdır. Böyük inqilabçı-demokrat Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" də daimi redaktor olmuşdur. Lakin 1910-cu ildə onu bir neçə ay Məmmədəli Sidqi əvəz etmişdir. 1913-1914 və 1917-ci ilbrdə isə "Molla Nəsrəddin" jurnalının ikinci redaktoru Əliqulu Nəcəfov Qəmküsar olmuşdur. Jurnalın ilk beş il nəşrində Cəlil Məmmədquluzadənin ən yaxm köməkçisi, "Molla Nəsrəddin" jurnalı redaksiyasının Qafqaz senzura komitəsi təfəfindən verilmiş icazə ilə 1883-cü ildə Tiflisdə Azərbaycanca "Kəşkül" qəzetinin nəşrinə başlanılmışdır. Onun 11 nömrəsi aylıq jurnal şəklində buraxılmış, 1884-cü ilin yanvarından isə rus təhsilli Cəlal Ünsüzadənin redaktəsi ilə həftəlik qəzetə çevirilmişdir. "Əkinçi" qəzetinin ənənələrinə sadiq qalan "Kəşkül" öz səhifələrində maarifçiliklə yanaşı, Azərbaycan oxucularını rus və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək ideyasına üstünlük verirdi. "Kəşkül" ətrafında Ceyid Əzim Şirvani, Firidunbəy Köçərli, Məhəmmədağa Şahtaxtinski, Ə.Qaibov, M.Sultanov kimi tanınmış ziyalılar cəmləşmişdir. "Molla Nəsrəddin"jurnalının məsul katibi Ömər Faiq Nemanzadə idi. Jurnal Tiflisdəki "Qeyrət" mətbəəsində nəşrə başlamışdır. Bu müddət ərzində Azərbaycanda və onun xaricində baş verən mühüm siyasi və ictimai məsələlər "Molla Nəsrəddin"jurnalmda zəhmətkeş kütlələrinin mənafeyinə uyğun olaraq işıqlandırılmışdır[l].
"Molla Nəsrədin"satira jurnalının yaradıcısı və onun ətrafında birləşən qələm sahibləri ictimai bərabərsizliyi qamçılayan felyeton, məqalə, satirik şeirlər, köhnəliyin eybəcərliklərini ifşa edən karikatualar xalqm zehiniyyətində həyat tərzinin yeni məcraya yönəldilməsinə nail olmağı başlıca məqsəd sayırdılar. Zaqafqaziyanm bütün yaşayış məskənlərində elmin, mədəniyyətin, ədəbiyyatın təəsübkeşləri mənsub olduqları xalqların ictimai-siyasi həyatında irəliləyişlərlə səciyyəbnən öz ziyalı sözlərini deməkdən çəkinmədilər.
"Molla Nəsrəddin"in təsirilə Azərbaycanda, Gürcüstanda, İrəvanda bir sıra satirik jurnallar çıxmağa başladı. Bunlardan "Bəhlul" (1907), "Azərbaycan" (1906-1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "Kəlniyyət" (1912-1913), "Tuti" (1914-1917), "Ari" (1910-1911), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Məşəl" (1919), "Lək-lək"(1914), "Bürhani-həqiqət" (1917) [1] və başqalarını göstərmək olar. "Molla Nəs-reddin" ənənələrindən, yaradıcılıq metodlarından məqsədəuyğun şəkildə bəhrələnən çoxsaylı mətbu orqanlar, demək olar ki, müəyyən işlər gördülər. Lakin onların heç biri "Molla Nəsrəddin" jurnalı qədər geniş proqramla çıxış edə bilmədiklərindən ən yaxşı halda onun davamçıları oldular [2].
Haşım bəy Vəzirovun naşirliyi və redaktorluğu ilə "Səda" mətbəəsində (Haşım bəyin mətbəəsi olub) nəşr olunan 8 səhifəlik"Məzəli"jurnalı"MollaNəsrəddin"in yolunu davam etdirməyə səy göstərirdi. Onun səhifələrində Cabbar Əsgərzadə İrəvani (Məhkəmə pişiyi) də bədii-publisist əsərlərlə çıxış edirdi. Bu jurnal cəmiyyətdəki mövcud qüsurları tənqid etmiş, lakin "Molla Nəsrəddin"in inqilabi-demokratik səviyyəsinə yüksələ bilməmişdir. Jurnalın səhifələrində ardıcıl çıxış edən yazıçılar sırasında Cabbar Əsgərzadənin də adı vardır.
"Tartan-partan" həftəlik satirik jurnalı 1918-ci ildə Tiflisdə nəşr olunmuş, yeganə nümunəsi çıxdıqdan sonra zərərli istiqamətinə görə qadağan edilmişdir. "Kəşkül" (dilənçilərin diləndikləri şeyləri içinə qoyduqları qab), "Tiflis əxbarı" nəşr edilmişdir.
"Ziya" qəzetində mürtəce dini zehniyyətin təbliğinin ön plana çəkilməsi hər şeyə dini cəhətən qiymət verilməsi üstünlük təşkil edirdi. Demokratik fikirlə Azərbaycan ziyalılarının yetişməsində Tiflis ədəbi mühitinin böyük rolu olmuşdur. Bu ziyalılarmın bədii yaradıcılıqla məşğul olmaları, ənənələrlə yanaşı, Tiflisdə dünya ədəbiyyatının bədii təcrübəsi ilə yaxmlaşmağa imkan tapır, ədəbi inkişafı düzgün istiqamətləndirməyə nail olurlar. Tiflisdə yaşayıb yaradan M.F.Axundovun zəngin bədii yaradıcılığı böyük bir məktəb olmaqla, yalnız Azərbaycan ədəbiyyatının gələcək inkişafma deyil, bütün Yaxın və Orta Şərq xalqları ədəbiyyat realizm və xəlqilik zəmnində inkişafına əvəzsiz töhfələr vermişdir. Burada 1905-ci ilədək Azərbaycan dilində çıxan mətbuat orqanları da Tiflisdə nəşr olunmuşdur. Tiflisdəki Azərbaycan ədəbi mühiti qarşılıqlı ədəbi əlaqələr zəmnində inkişaf etməyə başlamış, Azərbaycan mədəniyyətinə maraq artmış, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunəbri erməni və gürcü xalqlarının ziyalıları tərəfindən toplanır və həmin xalqların dillərinə köçürülən ağız ədəbiyyatı nümunəbrinin variantları yaranırdı,
"Molla Nəsrəddin"in fəaliyyət göstərdiyi müddətdə onun məqsəd və məramına, tutduğu yola sadiq olan mütərəqqi fikirli ziyalıların böyük bir dəstəsinin formalaşması, bu dəstənin, daha doğrusu, Qərbi Azərbaycanın İrəvan ədəbi mühitinin yetirmələri olan bir çox məşhur nümayəndəbrinin imzaları öz zamanında oxucu kütləsinə tanış idi. Onların imzasnı İrəvandakı "Molla Nəsrəddin"çilər adı ilə izləyir, məqalə və felyetonlarmda təlqin olunan fikirlərinə olduqca böyük hörmət və həssaslıqla yanaşırdılar. Kim idi İrəvandakı "Molla Nəsrəddin"çilər? Bizə adları bəlli olan Məmmədəli Nasir Hacı Məmmədzadə, Əli Məhzun Rəhimov, Mirzə Məhəmməd Axundov, Cabbar Əsgərzadə, Məşədi Mehdi Sadıqzadə, Paşa Səfərov və bir də çoxlarının adı, soyadı və təxəllüsü dəqiqləşdirilməyə, tədqiqatçı araşdırmalarına zərurət duyulan tanımadıqlarımız .
İrəvan ədəbi mühitindəki "Molla Nəsrədin"çilərin görkəmli nümayəndəbrindən biri kimi Azərbaycan ədəbiyyatı tarixində xidmətbri olan Məmmədəli Nasir Hacı Məmmədzadənin nəvəsi yazıçı-publisist Şəfəq Nasirin apardığı elmi-tədqiqatlarla bağlı "Azərbaycan" qəzetinin [3] 29 mart 2006-cı il tarixli sayında ilk dəfə tədqiqatda rubrikası ilə verilən "Mol-la Nəsrəddin"in yazarlarından"məqaləsi bizim çoxlarımıza aydın olmayan kölgəli məqamlara bir aydınlıq gətirir. Müəllif haqlı olaraq qeyd edir ki, zamanında Cəlil Məmmədquluzadənin yaxından tanıdığı, yaradıcılıq münasibətində olduğu, nədən və necə yazmağı öyrətdiyi bu qələm sahiblərinin indiyədək lazımmca öyrənilməməsi, tədqiq olunmaması, sözün həqiqi mənaqsmda bu bədii söz ustalarına xəsisliklə yanaşılması ədəbiyyatımızda bir boşluq kimi diqqəti cəlb edir.
"Molla Nəsrəddin" jurnalının İrəvan ədəbi mühitindəki geniş tədqiq olunmamış nümayəndələrindən biri Məmmədəli Nasir Hacı Məmmədzadədir.
M.Ə.Nasir 1899-cu ildə İrəvan şəhərində anadan olmuşdur. Onun atası Hacı Məmməd ərəb və fars dillərini mükəmməl bilən dünyagörüşlı insanlardaıymış. O, qonşu məmləkətlərdə nəşr olunan qəzet və məcmuələrə abunəçi-müştəri olmağa maraq göstərər, onların ələ keçən nömrələrini maraqla mütaliə edərdi. Atanın bu mütaliəsi oğlu Məmmədəlinin uşaqhqdan diqqətindən yayınmadığı üçün fursət düşəndə bir bucağa çəkilər, qəzet və jurnalları oxuyardı. İrəvan camaatının yaşam tərzini, ictimai vəziyyətini digər xalqlarla müqayisə edərdi. Gördüklərini, eşitdikbrini, müşahidələrini ümumiləşdirərək İrəvanda və Bakıda nəşr olunan "Zəngi"(sonralar "Sovet Ermənistanı"), "Rənbcər", "İqbal", "Sədayi həqq" və bu kimi mətbu orqanlarda nəşr etdirərdi. Nəşr olunan yazılarında əsasən avam, yazıq, savadsız, fanatizmin təsirinə qapılan, çıxış yolunu allahtalanın "dərgahında" axtaran, məzlum və hüquqsuz camaatı bu acınacaqlı hala düçar edən mühiti tənqid atəşinə tuturdu...
Əli Məhzun M.Ə.Nasiri özüylə Tiflisə aparmış, əvvəlcə dostu Əliqulu Qəmküsarla, ertəsi gün jurnalın redaksiyasına gedərək Məmmədəlini Cəlil Məmmədquluzadəyə təqdim edərək "bu da bala "molla nəsrəddinçi"dir- deyib, oğlanın barəsində ədibə məlumat vermişdir... Bu görüşdən bir neçə həftə keçməmiş Məmmədəli Nasirin "Qarınqulu bəy" imzası ilə qiraətxanadan yazdığı məqaləsi dərc olunmuşdur. İrəvanda bu tənqidi yazıdan xəbər tutan mövhumatçılar onu yazanın dinə sataşdığına görə tapılıb öldürülməsinə fitva verirlər. Məhəmmədəli şəhərin əhalisi arasmda dolaşan söz-söhbətin mahiyyətini dərk etmədiyi üçün rastlaşdığı adamlara "Qarınqulu bəy"in özü olduğunu bildirir. Əlində xəncər olan bir cavan oğlanın hücumuna məruz qalır. O, özünü irəli verəndə ağır yaralanır. Atasından gizlin götürdüyü tapançadan qəfil atəş açmaqla oğlanı özündən uzaqlaşdırır. Səsə gələn polis nəfəri Məmmədəlinin ağır yaralandığına baxmayaraq, icazəsiz silah gəzdirdiyinə görə möhkəmcə əzişdirtdirir...
Bu hadisədən sonra gizli imzanın dərk edən Məmmədəli Nasir "Molla Nəsrəddin"də nəşr olunan kiçik bir yazı üstündə ölüm hədəsi ilə təqib olunması, xəncərlə ağır yaralanması ictimai mühitdə böyük əks-sədaya səbəb olmuşdur. Bu barədə "İqbal" qəzetində "Mətbuat bəlası" başlığı ilə bir xəbər dərc edilmişdir: "Bir neçə gün bundan əqdəm Nasir İrəvani yol ilə gedərkən bir nəfər onun qabağını kəsib, "Molla Nəsrəddin" məcmuəsində yazılan bir fəqərədən (kiçik hekayə, qissə mənasında - Z.M.) dolayı onu təhqir edir. Bədə xəncərini çıxarıb onu vurmaq istər. Nasir kəndini müdafiə üçün tapançasını çıxanb bir-iki güllə atar. Bədəfkar qaçıb, Nasirin iki barmağını xəncər kəsər." [4] [5].
M.Ə.Nasir həmin dövrdə İrəvanda "Nəşr Maarif' cəmiyyətində çalışır, gizli siyasi dərnəkbrdə iştirak edir, həmçinin "Yeni təşəbbüs"Y'Məşəl", "İqbal", "Zənbur", "Məzəli", "Sovqat", "Açıq söz", "Sədayi-həqq", "Zəhmət sədası", "Yoldaş", "Azərbaycan füqərası" kimi mətbu orqanlarla əməkdaşlıq edirdi. O, mətbuatdakı və inqilabi hərəkatdakı fəaliyyətini xatırlayaraq deyirdi: "... mənim gözümü "Molla Nəsrəddin" açdı, siyasi fikirbrimi itiləyən Hüseynağa Şahtaxtinskinin "Müdafeyi məzluman" təşkilatı oldu."
M.Ə.Nasir 1917-ci ildə M.Mirfətullayev və Ə.Tağızadə ilə brlikdə "Cavanlar şurası" adlı qəzet açmış, lakin çar üsul-idarəsinə, yerli bəylərin, xanların, ebcə də daşnakların mənafeyinə toxunduğu üçün qəzet bağlanmışdır.
M.Ə.Nasir 1920-ci ildən KP-nin Qafqaz bürosunun qərarı ilə Gəncədə "Qırmızı Gəncə", Gürcüstanda və Ermənistanda "Kommunist" qəzetlərinin ilk redaktoru kimi fəaliyyət göstərmiş, büronun təyinatı ilə Azqur, Borçah, Qarayazıda rayon partiya komitələrinin katibi işləmiş, vaxtaşırı mətbuatda maraqlı məqalələrlə çıxış etmişdir. Həyatının Bakı dövründə "Kommunist" qəzetinin redaksiyasmda 1926-1927-ci ilbrdə Cəlil Məmmədquluzadə ilə tez-tez görüşərmiş...
Əli Məhzun Zeynalabddinzadə Rəhimov: "Molla Nəsrəddin"çilərdən biri, "Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tamnmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, dəzən başqa müəlliflərin əsərbri kimi qələmə verilən satirik şerləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur. MollaNəsrəddinçi Əli Məhzun Rəhimovun "İranlı olmasaydı " satirik şerinin "Molla Nəsrəddin" ədəbi məktəbinin istedadlı nümayəndəbrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərbri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabma daxil edilməsi maraq doğurur.
"İranlı olmasaydı " satirik şeri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası "Yetim cücə" kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ. Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, "Yetim cücə" B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabddinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli ad-imzanın həqiqətən də "Bürhani-həqiqət" məcmuəsinml917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" [5] başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin Yazmm "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə aydmlıq gətirir.
"Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim"adlı yazıda oxuyuruq: "...Çıxıb bazara Yetim cücəni... Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər..." Məlum faktdır [7] ki, Yetin cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır.
CabbarƏsgərzadə(Aciz İrəvani)"Molla Nəsrəddin", "Zənbur", "Kəlniyyət", "Məzəli", "Babayi-əmir" adlı satirik jurnallarda "Anaş qurbağa" "Məhkəmə pişiyi" , "Noxtasız", "Qurbağa", "Hacı leybk" imzalarıilə çıxış etmişdir. Ermənistanda azəri mətbuatının ilki olan "Lər-lək"in dili, üslubu, ifadə tərzi, onun səhifəbrində verilən bədii yazılar, şeir və felyetonlarm həyat həqiqətlərinə əsaslanması onun oxucularının maraq dairəsinin genişlənməsində mühüm rol oynamışdır. Onun mühərriri və naşiri, məharətli satirik şair Cabbar Əsgərzadə ədəbiyyat və mətbuat tariximizin formalaşmasında əvəzsiz xidmətləri olan şəxsiyyətrlədəndir. Bu qələm sahibinin xalqın maariflənməsi və azadlığı yolunda həyata keçirmək istədiyi işlər onu bir naşir, müxbir, mühərrir, naşir və şair kimi oxucuların sevimlisi etmişdir.
Erməni daşnaklarının törətdiyi dəhşətli hadisəbr dövründə valideynlərini itirmiş, 1918-ci ildə minlərlə soydaşı kimi Cabbar Əsgərzadə İrəvanı tərk etmişdir. O, İrana babası Rzanm yanına köçmüş, burada Əbülqasım Füyüzatın yanında Təbrizdə işləmiş, açılan uşaq bağçasında çalışmış və uşaq evində gördüyü yaxşı işlərə görə Cabbar Bağçaban ləğəbi daşımışdır. Lal və kar uşaqlar üçün məktəb açmış, 1927-ci ildə Tehranda həbs edilmiş, lakin Füyüzat fars əyalətinin Maarif rəisi işləyərkən bu xəbəri eşidir və Şirazda yeni təşkil edilən uşaq evində işləməyə gətirmişdir.
Cabbar Əsgərzadə 1933-1935-ci illərdə Tehranda açdığı karlar və lallar məktəbində işləyir, fiziki cəhətdən qüsurlu olan uşaqlara kömək edən bir cihaz düzəldir [6]. Pedaqoji fəaliyyətlə məşğul olan Cabbar Əsgərzadə 1943-cü ildə müəllimlər üçün məcmuə nəşr etdirir. O, 1966-cı ildə Tehranda vəfat edir.
"Lək-lək"(1914), "Bürhani-həqiqət (1917) [1] jurnallarının İrəvanda nəşr olunması tarixi hadisə kimi yaddaşlarda qalmışdır.
XIX əsrin axırlarında qədim İrəvan quberniyasının və xanlığin ictimai-siyasi və mədəni həyatında mühüm dəyişiklər baş verməkdə idi. Görkəmli və qabaqcıl maarifçilərin səyi sayəsində Irəvan şəhərində Azərbaycan dilində dərsliklərin meydanə gəlməsi, kitab nəşri , xarici ölkələr ədəiyyatına dair tərcümə əsərlərinin işıq üzü görməsi xüsusilə maraq doğururdu. Bu faydalı iş üç istiqamətdə inkişaf etdirilirdi. İrəvanm hüdudlarından kənarlarda yerli müəlliflərin kitablan nəşr olunurdu. Müəlliflər işıq üzü görən əsərlərinin Təbriz, Tehran, Tiflis, Baxçasaray və Bakı kimi şəhərlərdə çap olunmasına baxmayaraq, əsərlərinin adı ilə yanaşı doğma vətənləri İrəvanın adını müəllif kimi xatırladırdılar. Məsələn: Şair Arif İrəvani, şair və diplomat Fəxri Mirzə Abbas İrəvani, Molla Hacı İrəvani və onlarca başqa müəlliflər əslən İrəvandan olduqlarını göstərmişlər... Bu yazıda İrəvanda nəşrinə rəsmi icazə verilən jurnallar barədə söhbət açmaq oxucuların marağına səbəb olar.
1913-cü ildə "Lək-lək"in nəşrinə icazə verilməsi haqqında senzura sənədlərində Gürcüstan Mərkəzi Dövbt Tarix Arxivindəki 480-ci fondun 1 -ci siyahısının 968 nömrəli iş-qovluğunda İrəvan qubernatorunun "Lək-lək"i buraxmaq haqqında Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə verdiyi 21 yanvar 1914-cü il tarixli şəhadətnaməsində jurnalın baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərbri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, poçta qutusu, elanlar çapına icazə verilmişdir.
"Lək-lək" Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat orqanı, həftəlik məzhəkəli məcmuədir. "Bürhani-həqiqət" Irəvanda ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni jurnalıdır. "Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys"mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, eti-mad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir". Müdiri və mühərriri Əli Hacı Zeynalabdmzadə Rəhimov (Məhzun), naşiri Həsən Mirzəzadə (Əliyev)dir. "Bürhani-həqiqət" jurnalmın cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Həmin nömrələrdə əsasən bədii və publisistik materiallar dərc edilmişdir. "Bürhani-həqiqət" in səhifəbrində Əli Məhzun, Cabbar Əsgərzadə Aciz İrəvani, Əbdülhəq Mehrülnisa, Səri Xanım, T.Fikrət, Ə.Sədi, Təhsin Nahid, H.Rəmzi, Təhsin İrəvani, Mirzə Cabbar Məmmədov və başqalarınin orijinal, iqtibas və tərcümə əsərləri çap olunmuşdur. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi.
"Bürhani-həqiqət" jurnalını nəşr etmək barədə Ə.H.Zeynalabddinzadəyə icazə verilməsi haqqında Gürcüstan MDTA-də (Mərkəzi Dövlət Tarix Arxivi, fond 1183, iş 680, vərəq 9.) xüsusi qeyd də yazılmışdır. [9] [1]
"Lək-lək" jurnalının 1914-cü il fevral aymın 22-də 1-ci nömrəsi, 12-ci nömrəsi isə həmin ilin 30 iyununda nəşr olunmuşdur. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" (Aist) "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir. "Lək-lək" jurnalının naşir və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə (Aciz) olmuşdur, jurnal İrəvandakı "Luys" mətbəəsində çap edilirdi.
Zamanının istedadlı ziyalılarmdan olan, Tiflisdə, Bakıda, İrəvanda nəşr olunan "Molla Nəsrəddin", "Tartan-Partan", "Zənbur", "Kəlniyət", "Məzəli", "Bəhlul", "Rəncbər", "Zəngi", "Qızıl Şəfəq"[7] kimi məcmuə və qəzetbrdə satirik şeirlər və kəskin pub-lisistik məqabbr müəllifi kimi tanman, xalqımızm maarifbnməsi və istiqlaliyyəti uğrunda əlindən gələni əsirgəməyən Cabbar Əsgərzadənin yaradıcılıq fəaliyyəti Azərbaycan ədəbi ictimaiyyətinin yaşlı nəsillərinə bəllidir. Onun tərcümeyi-halmm hamıya hələ tam aydm olmayan məqamlarım təfərrüatı ilə çatdırmaq məqsədilə ermənilərin tarix boyu müsəlmanların, o cümlədən də azəri türklərinin başına açdığı müsibətlərin acı nəticələrini ürək ağrısı ilə qələmə alan , bu dəhşətlərin təsvirini ictimaiyyətə mətbu sözlə çatdıran maarifpərvər və ictimai xadim olması barədə "Yazıçı" Nəşriyyatmda görkəmli alim Zahid Əkbərovun 1991-ci ildə nəşr etdirdiyi "Cabbar Bağçaban" toplusunda daha ətraflı məlumatları diqqətə çatdırılır. Müəllif göstərir ki, bütün şüurlu həyatım doğma xalqınm azadlıq hərəkatna, maarifinə, mədəniyyətinə, incəsənətinə sərf edən C.Əsgərzadə öz dövrünün ziddiyyətlərindən baş çıxartmaqla, ədəbi fəaliyyətini xalqınm gələcəyi naminə mütərəqqi amallara yönəltməyi, yaradıcıhğında irəli sürdüyü, geniş kütlələrə təlqin etmək istədiyi vacib məsələləri işıqlandırsm. Bunun üçün İrəvanda türk dilində çıxan ilk mətbuat abidəsi "Lək-lək"in redaktoru olması, bu məcmuəni "Molla Nəsrəddin" jurnalının ənənələrinə sadiq olan bir tribunaya çüvirmək missiyası onun öhdəsinə düşmüşdü. "Lək-lək"in xalq qarşısındakı xidmətlərinin tarixi əhəmiyyətindən, ictimai-siyasi mahiyyətindən söhbət açan Z. Əkbərov yazır: "Lək-lək" nəşr olunduğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrin inkişafına müəyyən kömək göstərmiş, azadlıq, tərəqqi və demokratiya ideyalarına xidmət etmişdir. Məcmuə ictimai-satirik və yumor dili ilə siyasi irticanı, geriliyi, ətaləti, cəhaləti özünə tənqid hədəfi seçmişdir. O, anlaşıqlı dili və demokratik məzmunu sayəsində Zaqafqaziyada , ümumən Qafqazda olan azərbaycanlılar içərisində çox yayılmış nəşrlərdən biri olmuşdur" [6]
Yeri gəlmişkən qeyd edim ki, görkəmli tarixçi-alim, yorulmaz tədqiqatçı, Qərbi Azərbaycan ədəbi mühitinin çoxlarımıza istənilən səviyyədə bəlli olmayan müəyyən məqamlarına arayıb-axtardığı arxiv sənədlərindən aydınlıq gətirən İsrafil Məmmədov özünün bu yaxmlarda ictimai fikir tariximizin qəribsəyən üfiqbri seriyasından işıq üzü görən "İrəvan dəftəri" kitabının təkrar nəşri ilə oxuculanmıza daha maraqlı məqamları xatırladır.
Müəllif burada "İrəvanda Azərbaycan mətbuatı", "Kitab nəşri", "Dövri mətbuat", "Molla Nəsrəddin" və Ermənistan, "Lək-lək", "Bürhani-həqiqət" məcmuələri başlıqları altmda XİX əsrin sonu və XX əsrin başlanğıcında İrəvanda baş verən ictimai-siyasi olayların xronologiyasını vermişdir. Həmçinin o zamankı dünyada hökm sürən hərki-hərkiliyi, dini-xurafat buxovunda əzab çəkənlərin çıxılmaz vəziyyətini, "möminlərə" pənah gətirənlərin acı taleyinə, gedən proseslərə biganə qalan şəhvət düşgünlərinin heysiyyatsızlını oxuculara çatdıran, bu eybəcərlikbri satira atəşinə tutan ədəbi-bədii materialları ümumiləşdirməklə həmin məcmuələrdə öz əksini tapan konkret faktlarla səciyyəvi təhlillər vermişdir.
"Lək-lək"in bütün nömrəbrinin üz qabığında abunə qiyməti və mündəricatı ilə yanaşı, redaksiyanın yerləşdiyi ünvanı bildirilir. "Məsləkimizə müvafiğ və millətimizə mənfəətli olan hər cür xəbər təhrirat üçün məcmuəmuzin səhifələri açığdır. İmzasız yazılar dərc olunmadıyı kibi marğasız gondərilən mətublar da ğəbul olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəgişdirənlər yeddi ədədini ğəpiklik marğa göndərməlidir. Dərc olunmayan yazılar əldə olunmaz."cümləbri ib məcmənin məqsəd və məramı oxucularm diqqətinə çatdırılır.
Məcmuə fəaliyyətə başladığı andan onun ətrafmda cəmbşən qələm sahibləri "Molla Nəsrəddin" ənənələrinə sadiqliklərini nümayiş etdirməyə böyük səylə yanaşırdılar. Tədqiqatçı alim İslam Anğayev mətbuat və publisistika problemlərindən apardığı elmi araşdırmalarında göstərir ki, "Molla Nəsrəddin" jurnalı Əliqulu Qəmküsarm (1880-1919) redaktorluğu ilə daha geniş ədəbi mübarizə cəbhəsi yaratdığı bir zamanda jurnalın səhifələrində Əli Rza Şamçızadə (Dabam çatdağ xala) M.Ə.Nasir (Aciz) İrəvandan, Salman Mümtaz Əsgərov (Xortdan bəy) Aşqabatdan, Zeynal Məmmədov (Səffəl) Təbrizdən, Sabit Manafzadə ( Dastançı) Aşqabaddan, Əli Nəzmi (Məşədi Sicimqulu) Gəncədən, Məhəmmədəli Sidqi Bakıdan jurnala yazırdılar. "Məlik Naqqal" imzası 1914-cü ildə mollanəsrəddinçi şair və publisist Cabbar Əsgərzadə Acizin redaktorluğu ilə İrəvanda çıxan "Leylək"jurnalında təsadüf edilir. Sual olutıur, 1914-cü ildə Tiflisdə dərc edibn "Molla Nəsrəddin" jurnalmm redaktoru Qəmküsar ilə İrəvanda çıxan "Leylək" arasmda hansı cəhətdən əlaqə ola bilərdi? Bu suala cavab vermək üçün, hər şeydən əvvəl, "Leylək" redaktorunun şəxsiyyətinə diqqət yetirilməlidir. Çünki, "Leylək"in redaktoru Cabbar Əsgərzadə "Molla Nəsrəddin"inin köhnə əməkdaşlarından idi. O öz jurnalına dostlarını dəvət edə bilərdi. Bu məcmuələrdə M.S.Ordubadi (Hərdəmxəyal), Qəmküsar (Məlik Naqqal) imzaları ilə çıxış etmişdibr [8]. Söz yox ki, məcmuələrdə müxtəlif imzalarla çıxış edən çoxsaylı qələm sahibləri ictimai-siyasi və mədəni həyatda baş verən hadisələrə həssaslıq göstərir, hamı üçün maraqlı və aktual olan həyat həqiqətlərini əks etdirən müxtəlif məzmunlu şeirləri, hikmətli sözləri, İrəvan, Ordubad, Gəncə, Mərənd, İstanbul, Təbriz, Tiflis və digər şəhərlərdən əldə olunan xəbərləri və felyeton əvəzi yazıları maraq dairəsində saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etməkdə bütün imkanlardan istifadə edirdilər.
Jurnalm səhifələrində mollanəsrəddinçi yazıçılardan C.Əsgərzadə Aciz( Lək-bk, Müqəllid və s), Əli Məhzun Rəhimov (Yetim cücə), M.S.Ordubadi (Hərdəmxəyal), M.Mir Fətullayev və başqaları iştirak etmişlər. Bədii cəhətdən müəyyən mənada bir qədər zəif çıxmasına baxmayaraq, "Lək-lək" oxucuların rəğbətini qazanmışdır. Sonuncu on ikinci nömrədə mündəricat verilməsə də, "Axtar" başlığı ilə "Lək-lək"in aqibəti barədə oxuc-ular məlumatlandırıhr. Qeyd olunur ki, bəzi səbəb-lərə görə məcmuənin bağlanacağı, müştəribrinə onun əvəzinə daha mükəmməl, daha nəfs, daha parlaq və oxunaqlı "Çınqı" adlı satirik jurnal çıxacaqdır. Həmin yeni nəşr olunacaq "Çınqı" Əli Məhzun Hacı Zeynəlabddinzadə və "Lək-lək" müdirlərindən Hacı Əsgərzadənin təht müdiriyyətlərində olub, İrəvanın maarifpərvər cavanlanlarının maddi və mənəvi köməkliyi ilə nəşr olunacaqdır. "Lək-lək"in 10-cu nömrəsinə əlavə şəklində "Lək-lək" can verir" adlı uşaqlar üçün nəzmlə yazılmış alleqorik bir kitabça çap etmişdir. Həmin əsərdə müxtəlif sinif və təbəqələrin həyatına istehzalı nəzər salınmışdır.[l] Oğrular, damdələnlər, şərab içənlər, nəşəxorlar, qumarbazlar, yolkəsənlər, rəzalət bataqlığında çabalayanlar, zəhmətkeş insanların imkanlarını öz mənafeləri üçün hər an yararlananlar, ictimai-siyasi hadisələrin cəmiyyətdə doğurduğu əks-səda məcmuənin əsas mövzularmdandır. "Molla Nəsrəddin" jurnalmm ənənələrinə sadiq qalmaq yolunda mövcud imkanlarından qədərincə istifadə edən "Lək-lək"çilər sosial mənşəcə aşağı təbəqəyə mənsub olan sadə, kasıb, yoxsul, məzlum kütləbrə rəğbət bəsləməyin, tüfeylilərə qarşı barışmaz mövqedə dayanmağın mahiyyətini geniş xalq kütlələrinə çatdıran mütərəqqi ziyalılar olduqlarını nümayiş etdirə bilmişibr. "Molla Nəsrəddin"də olduğu kimi, "Lək-lək"də də ən çox böyük əhəmiyyət və diqqət verilən məsələlər, ilk növbədə, müsəlman-islam dünyasmdakı vəziyyət, çatışmazlıqlar, dövlətçilik sahəsindəki uyğunsuzluqlar, dini-xurafat, orucluq, məhərrəmlik ayinlərinə veribn rəvac, milli münasibətlərin kəskinbşməsi istiqamətində yeridilən siyasət, xeyriyəçilik, maarif, ədəbiyyat, qadınlara münasibət və bu kimi məsələlər öz həllini əsasən tapmışdır.
"Molla Nəsrəddin" jurnalıının, "Əkinçi" qəzetinin yenidən bir bütöv halında transliterasiya edilməsi ədəbi publisistika sahəsində çöx böyük və həm də önəmli hadisələrdəndir. Şərqdə yayılan bu nüfuzlu mətbuat abidələrinin yenidən nəşri ənənəsinə sadiqlik nümunəsi kimi qədim Azərbaycan torpağı İrəvanda nəşr olunan "Lək-lək" məcmuəsinin indi nəzərdə tutulan nəşri Azərbaycanm ictimai-siyasi durumu baxımından bir mətbuat orqanı kimi mühüm əhəmiyyət kəsb edir.

İstifadə olunan ədəbiyyat

[redaktə]

1. Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası, Azərbayeanda Dövri Mətbuatı (1832-1920) biblioqraflyası, Bakı, 1987, səh., 16,17, 24.
2. Nazim Axundov, "Molla Nəsrəddin" jurnalınm nəşri tarixi, Bakı,1959.
3. Şəfəq Nasir, "Azsrbaycan" qəzeti, 29 mart 2006, səhifə 7.
4. "İqbal" qəzeti, Bakı. 1914-cü il 22 may tarixli 659 -cu sayı.
5. "Bürhani- həqiqət ", 15 aprel 1917, N 6.
6. Zahid Əkbərov, "Cabbar Bağçaban", "Yazıçı" Nəşriyyatı, Bakı, 1991.
7. İsrafil Məmmədov. İrəvan dəftəri. I kitab, ik-inci , təkmilləşdirilmiş nəşr, Səh., 188, Baki, "Adiloğlu" nəşriyyati. 2008.
8. Islam Ağayev. "Ədəbiyyat, mətbuat və publisistika problemləri ".Bakı, "Elm", 208. səhifə 427, 447.
9. Gürcüstan SSR MDTA, f. 1183, iş 680, vərəq 9.