Məzmuna keç

"Lək-lək" jurnalının ədəbi-mədəni və ictimai həyata təsiri

Vikikitab, açıq dünya üçün açıq kitablar
"Lək-lək" jurnalının ədəbi-mədəni və ictimai həyata təsiri
Müəllif: Ziyəddin Məhərrəmov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Filologiya elmləri üzrə fəlsəfə doktoru.

"Lək-lək" Ermənstanda türk dilində nəşr olunan ilk mətbuat orqanı, həftəlik məzhəkəli məcmuə olmuşdur. “Lək-lək” jurnalının 1914-cü il fevral ayının 22-də 1-ci nömrəsi, 12-ci nömrəsi isə həmin ilin 30 iyununda nəşr olunmuşdur. “Lək-lək” (əslində senzura sənədlərində “Leylək” (Aist) “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirmişdir. “Lək-lək” jurnalının naşir və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə (Aciz) olmuşdur, jurnal İrəvandakı “Luys” mətbəəsində çap edilirdi.
Irəvandakı ziyalılardan tanınmış “Molla Nəsrəddin”çi şair Cabbar Əsgərzadə (Aciz), şairə Səriyyə Xatun, Vahid Muğanlı, fars və rus dillərində bir sıra dərsliklərin müəllifi Mirzə Cabbar Məmmədov, Rəhim Hacı, Təhvil İrəvani “Bürhani-həqiqət”in səhifələrində sanballı məqalə və şeirləri ilə çıxış edirdilər. Məqalələrdə soydaşlarını “səfalət və zəlalət zülmündən” xilas etmək, ictimai-siyasi həyatda hökm sürən hadisələrin mahiyyətini, onları doğuran səbəbləri həqiqətin dili ilə çatdırılması çətin də olsa, əsasən buna nail olurdular.
“Lək-Lək” jurnalının 8 və 12-ci nömrəsində “Millət düşməninin təğriratı” adlı təxmis, “Sanı” şeiri “Mələk Naqqal” imzası ilə verilmişdir. Bu şerin “Millət düşməninin təğriratı” sərlövhəsi şifahi etirafdır, şeir konkret bir adama qarşı yazılmamışdır. Məzmunundan uzun illər ruhani təhsili alan din xadiminin təsəvvürünü yaradır:

Dudman əmadən şayyadəm,
Vətən övladini cəhlə yürüdən ustadəm,
İndi bu əmrdə məndə əvəz şəddadəm*...
 
“Lək-lək”in 4-cü nömrəsində“Balaca felyeton” adlanan yazıda möminlərin “möminliyi” ardıcıl surətdə ifşa hədəfində olmuş, burada təsvir olunan müxtəlif sosial tərkibli adamların hər biri öz fəaliyyətindən bəhs edir:

Molla:
Mən mollayam, camaatı tovlaram,
Qırxmaq üçün ülgücümü sovlaram,
Şikarimdir tamamisi ovlaram,
Qıllı qulaq çox çaqqalım var mənim.

İcarə namazı qılan:
Möminəm şahları tərif elərəm,
Ölü namazını artıq istərəm,
Adildir deyirəm xalqa söylərəm,
Doğruçuyam, al saqqalım var mənim!

Müqəddəs hacı:
Mən hacıyam, yaxşı namaz qılaram,
Təzvir ilə camaatı tovlaram.
Yüz manat verərəm bir mələk alaram,
Mötəbərəm, pulum, malım var mənim.

Qoçu, yaxud ayaqçı:
Mən qoçuyam, alış-veriş edəndə,
Kəsərəm kəndlinin pulun verəndə,
Dinə bilməz puti batman çəkəndə,
On beş dəri yağım, balım var mənim.

Ruzəpaz:
Ruzəpazam, gedirəm haqq yolunu,
Əmməni ağladıb allam pulunu,
Arvadların siğə qıllam dulunu,
Dörd nəfər də üzü anım var mənim.

Artist:
Mən artistəm, səhnələrdə oynaram,
Nə rol billəm, nə hərəkət qanaram,
Yalnızca mən ad qeydinə qalaram,
Utanmaram, əcəb halım var mənim.

Student:
Studentəm, oxşuyuram urusa,
Gərək olsun mənə arvad Marusa!
Müsəlmanın qızı Huri də olsa,
Mən almanam, qıraxmalım var mənim.

Jurnalçıyam:
Jurnalçıyam, mənə bu olmuş sənət,
Hər nə xəlq olsa mən qutum diqqət,
Siz ki, belə dutubsunuz camaat!
Yazmağa çox matriyalım var mənim!

Müsəlman:
Müsürmanam, gözüm qəzetə baxmaz,
Hər nə haqq söz ola, beynimə batmaz.
Hələ gözüm intizardan qayıtmaz
Xaric edir, xırdacalım var mənim.

“Balaca felyeton”da namaz qılmağı mötəbərlik adlandıran mollalar , hacıları camaatı tovlayıb bu yolla onlardan “pul qoparmaq”, bu yolla pul- sahibi almaq fikrinə düşdüklərini müəllif xatırladır. Xurafat, cəhalət tərəfdarlarıı olan bu din adamları xalqın maariflənməsinə mane olmaq üçün hər vasitə ilə əngəl törətməyə çalışırlar. Mömünlüyün canlanmasına hər vasitə ilə rəvac verirlər.Kərebalaya hazırlaşan Hacının simasında müəllif , küçələri dolaşdn yetim-yesirə, maddi köməyə ciddi oian xeyriyyə cəmiyyətinə, teatra, məktəbə yardım etməkdənsə, qumarbazlığı üsyün tutması üçün göstərilən hər cür təşəbbüsə göstərilən LEKmünasibəti hacının dili ilə ifşa edir.
“Lək-lək”in 5-ci nömrəsində “Qudurğan çay”, 6-cı nömrəsidə “Tülkü və xoruz” şeir-mənzumələr “Naqqal” imzası ilə verilmişdir. Həmin şeirlərin məzmunu ictimai-siyasi durumu əks etdirir:
“Qudurğan çay”şeirində:

Görürdü birisi İrandan,
Bir ağır yük mətah Qurandan.
Bu xəyalilə İrəvanda satar,
Qazanıb əhl-beytinə aparar,
Töküb indi sahili Arazə,
Bir-iki vurdu övrəti çöbiylə fərəsə,
Saldı daşğın çayə o heyvani!
...Belə qızğin halinda bu Arasi
Tanımaz kafiri, müsəlmanı
Aparır həp yükiylə Qurani.
“Tülkü və xoruz” şeirində isə:
Eylədi tülkü bir xoruzu şikar,
Aparırkən..., xoruz çöküb zinhar,
Dedi: ay tülkü, nə etmişəm sənə mən,
Məni burdan şikar qıldın sən!...
(Dedi ay tülkü) o qədər ac deyiləm;
Və sənə bisəbəb tamax eyləməm,
Var günahın və çoxdur təğsirin,
Bu gecə mən sübh əzanını gec verdin.
Bundan artıq günah olurmu daha,
...Dedi tülkü yuz olsa da abid,
Təzıdan olmaz, ay xoruz, şahid...
Bunlar- cümləsi bəhanə idi,
Bu sözləri söyləyib xoruzi yedi..

“Lək-lək”in nəşri İrvanda və onun ərazisində yaşayan azərbaycanlıların ictimai-siyasi və ədəbi - mədəni həyatında öz müsbət təsirini göstərməyə başlamışdır. Azadlıq, tərəqqi, və demokratiya ideyalarına onun təsiri duyulurdu. Burada Azərbaycan ictimai-siyasi ədəbi fikrinin inkişafına anlaşıqlı dildə satirik və yumor şəklində oxuculara çatdırılır.
Qeyd olunmalıdır ki, “Lək-lək” jurnalının “Molla Nəsrəddin” ənənələrini davam etdirməsi, onun yolu ilə getməsi ilk yazılarından nəzərə çarpır. “Tiflisdən məktub” adlı məqalədə etiraf olunur ki, “Lək-lək” jurnalı “Molla Nəsrəddin”dən fərqlənməməlidir, onun yaradıcılıq ənənələrinə sadiq olmalıdır. “Həmədanlı Məşədi İbad” imzası ilə verilmiş həmin məqalədə mətbuatın mübarizliyi,[129] ədəbiyyatın ictimai-siyasi həyata fəal münasibəti diqqətdən kənarda qalmamalıdır.
“Tiflisdən məktub” “Lək-lək”ə müracətlə başlayır: “Salam əleykum, ay lək-lək dayı, səni xoş gördük. A kişi, mən əvvəllər elə bilirdim ki, bəs sən də bizim bağlarda tikən Hacı Leylək qəbilindənsən, amma indi baxıram ki, xeyir a....
 Sən ilə onların arasında zəmin – asiman təfavüt var: Məsələ; mənlə onlar gündüzlər ilan-qurbağa şekarına çıxırlarsa da, amma gecələr də rahət durmuyub, bir qılçaları üstə dayanıb damağlarını şağıldadıb yoldan keşənləri iztirabə salırlar. Ama sən gündüzlər bu əməllərini eyləyirsən də, gecə balalarını ğanadlarının altına alub, rahət səmiri lap kəsürsən. Olmya sən ğorxursan ki, gecə eşigə çıxasan, gecə veyilləri bir əft yetirələr. Ay kişi, bir gəl Tiflisə, gör burada nə aləmdir! Gecə səni aparım məcthəd bağına, gürcü ğızları iylə müsəlmanların məhbubanə söhbətlərinə ğulağ as, gör müsəlmanlar gürcülərlə necə gözəl danışırlar. Peşələri səhərə kimi gürcü ğızlarinə “şini cırim” deməkdir

İstifadə olunan ədəbiyyat

[redaktə]
  • 1.Nazim Axundov. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi, Bakı, 1959.
  • 2.İslam Ağayev. “Ədəbiyyat, mətbuat və publisistika problemləri” , Bakı, 2008, səh. 427,447.
  • 3.“Lək-lək” jurnalı, № 4 və 12, İrəvan, “Luys» mətbəəsi, 1914
  • 4.AMEA-nın Mərkəzi Elmi kitabxanası. Azərbaysanda Dövlət Mətbuatı (1832-1920) bibloqrafiyası, Bakı, 1987, səh. 18,17

Xülasə

[redaktə]

Məqalədə “Lək-lək”in 4-cü nömrəsində “Balaca felyeton” adlanan yazıda möminlərin “möminliyi” ardıcıl surətdə ifşa hədəfində olduğu, burada təsvir olunan müxtəlif sosial tərkibli adamların hər birinin öz fəaliyyətindən söhbət açmasından gedir.

  • Açar sözlər: “Tiflisdən məktub” , “Lək-lək”, “Molla Nəsrəddin” , Jurnalçıyam.

РЕЗЮМЕ

[redaktə]

В статье под названием «Баладжа фелйетон», опубликованный в 4-ом выпуске журнала «Лек-лек», ведется разговор о деятельности разных религиозных людей социального прослойка в Иреванском ханстве.

  • Kлючевые слова: “Лek-лek”, “Moллa Насреддин” , журалист, письмо из Тифлиса.
  • Keywords:Lek-lek