Ölkələrin qeyri-adi qanunları/ABŞ
Görünüş
←Giriş | Ölkələrin qeyri-adi qanunları |
Almaniya→ |
- Böcəklər də daxil olmaqla heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-ın Arkanzas ştatında ərin arvadı ayda bir dəfə döyməsinə normal baxılır. Bu bölgədə həyat yoldaşını ayda bir dəfədən artıq döymək isə qadağandır.
- Kaliforniyanın Sakit okean sahillərində kəpənəklərin narahat edilməsinə icazə verilmir.
- ABŞ-ın Ohayo ştatında polislər itləri xəbərdarlıq etmək məqsədilə dişləyə bilərlər.
- Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq, Oklohomada ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağandır.
- İndianada vətəndaşların kiminsə dalınca danışmasına, bərbərlərin uşaqların qulağını kəsməsinə icazə verilmir.
- İndiana ştatında meymunların siqaret çəkməsi və teatra getməmişdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.
- Alyaska ştatında da maraqlı qadağalar var. Bu ştatda Təyyarədən maralların şəklini çəkmək olmaz. Bir maralı hərəkətdə olan bir təyyarədən aşağı atmaq qadağandır. Marala spirtli içki verməyin cəzası həbsdir.
- Atlantada zürafəni telefon köşkünə bağlamaq qanun tərəfindən qadağan edilir.
- Kaliforniyada parkda hovuzda velosiped sürmək qadağandır.
- Floridanın Pensakolada şəhərində yerli sakin əgər cibində on dollardan az pul varsa, qaxılıb evdə oturmalıdır - şəhərə çıxa bilməz.
- Kaliforniyada hamam vannasında portağal yemək qadağandır.
- ABŞ-ın Georgia ştatının Quitman şəhərində toyuqların küçəni keçməsi qadağandır.
- Arkanzas ştatının Littl Rok şəhərində sürücülərə sərinləşdirici içkilər və buterbrod satılan ərazilərdə siqnal vermək qadağandır.
- Floridada subay qadınların bazar günü paraşüt ilə tullanması həbslə cəzalandırıla bilər.
- Oklohomada qamburger yeyərək arxaya addımlamaq qadağandır.
- Arizonada eşşəklərin hamam vannasında yuxuya getməsi qadağandır.
- Konnektikut ştatının Hartford şəhərində əllərinin üstündə küçəni keçmək qadağandır.
- Arizona ştatında dəvə ovu rəsmən qadağan edilib (nəzərə alsaq ki, burada dəvə əslən yoxdur).
- Kaliforniya ştatının San Fransisko şəhərində Market küçəsində fillərə gəzmək qadağandır.
- Ohayo ştatının, Klivlend şəhərində ovçuluq sənədi olmayanların siçan tutması qadağandır.