Üzümçülük/Üzüm tənəklərinin zərərvericiləri/Filloksira
←../ | Üzümçülük/Üzüm tənəklərinin zərərvericiləri |
../→ |
Filloksira bərabərqanadlılar və ya xortumlular dəstəsinə aiddir, vətəni ABŞ-dır. Tənəyin çox təhlükəli ziyanvericisi olub üzümlüklərin tamamilə məhv olmasına səbəb olur.
Filloksera ancaq tənəklə qidalanır. Öz inkişafı prosesində onun iki forması köklərdə inkişaf edən və yarpaqlarda inkişaf edən növləri əmələ gəlir və bizim ölkədə kök forması çox təhlükəlidir.
Köklərdə əmələ gələn formasının yaşıl dişisi qanadsız, sarımtıl-qonur rəngli olub, bədəni qabarıq, oval şəkillidir, bədəninin uzunluğu 1-1,2 mm-dir. Bu dişinin yumurtaları əvvəl açıq-sarı olur və sonra qonurlaşır; yumurtanın ölçüsü 0,3 mm-dir Fillokseranın tam inkişaf təşkili bu cür keçir. Birinci, nadir hallarda ikinci yaşda sürfələr köklər üzərində, adətən 20-50 sm dərinlikdə qışlayır. Yazda temperatur 11-130 yə çatdığı zaman onlar ayılıb qidalanmağa başlayır. Süfrələr köklərin şirəsini soraraq böyüyür və 15-25 gündən sonra yaşlı dişilərə çevrilir və bundan partenogenetik üsulla çoxalır. Dişilər orta hesabla 40-100 və daha artıq yumurta verir və bunlar köklərin və kök saçaqlarının üzərində yerləşdirilir.
Vegetasiya dövrü ərzində filloksera tənəyin köklərində 5-8 nəsl əmələ gətirir.
Filloksera köklərdə şişlər və yarpaqlarda fırlar (qallar) əmələ gəlməsinə səbəb olur. Həşaratın sorması nəticəsində kök şaxələrində kiçik düyünlər şəklində qabarlar əmələ gəlir və bunlar tez quruyur. Nisbətən yoğun köklərdə şişlər və qabarlar əmələ gəlir. Böyüyən toxumanın təzyiqi altında mikroorqanizmlər köklərin çürüməsinə və tənəklərin qısa vaxtda məhv olmasına səbəb olur.
Tənəyin Amerika sortları fillokseranın kök formasına zədələnməsinə davamlıdır. Struktursuz və ya zəif strukturlu torpaqlarda, o cümlədən qumlu torpaqlarda fillokseranın həyatı üçün əlverişli şərait olmur.
Fillokseranın yayılmasında kök formasına aid birinci yaş sürfələrinin (gəzəri sürfələrin) və yarpaq formasında yayıcı dişilərin əhəmiyyəti vardır.
Filloksera ilə mübarizə tədbiri olaraq hal-hazırda fillokseraya davamlı Amerika cinsli calaqaltılarla yeni üzümlüklərin salınmasıdır.