Məzmuna keç

Üzümçülük/Üzüm tənəklərinin zərərvericiləri/Salxım yarpaqbükəni

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Üzümçülük/Üzüm tənəklərinin zərərvericiləri

../

Salxım yarpaqbükəni kəpənəkdir. Üzümə isə onun tırtılları ziyan vurur. Kəpənək uçan zaman qanadları açılanda uzunluğu 10-14 mm-ə çatır. Tırtılların başı sarı rəngdədir, bədənləri isə yaşılımtıldır. Il ərzində bu kəpənək üç nəsil verir və üzüm yetişən zaman üçüncü nəsil ən çox zərər yetirir. Salxım yarpaqbükəni pup halında tənəyin ştambının yarıq yerlərində, qabıq altında, çoxillik hissələrdə qışlayır. Birinci nəsil yazda havada temperatur 8-10 dərəcədən yuxarı olduqda uçmağa başlayır. Kəpənəklər yumurtalarını çiçək topacıqlarının üzərinə qoyurlar. Bir dişi kəpənək 40-a qədər yumurta verir. Yumurtalardan tırtıllar əmələ gəlir və bunlar tənəyin çiçək qönçələri və topacıqları ilə qidalanırlar. Təxminən iyun ayında puplardan ikinci nəslin kəpənəkləri əmələ gəlir. Kəpənəklər temperatur yüksək olduqda yumurta verir. Yumurtadan əmələ gələn tırtıllar 8-10 giləni zədələyir və onu pis formaya salır.

Ikinci nəslin də bəzi tırtılları pup halına keçir. Iyulun axırı avqustun əvvəlində puplardan kəpənəyin üçüncü nəsli uçur. Bu kəpənəklər öz yumurtalarını ancaq yetişmiş gilənin üstünə qoyur. Yumurtalardan əmələ gələn tırtıllar yetişməyə başlayan gilənin içərisinə girir və onu sorub yeyir. Ona görə də bu zərərvericilərə həm aqrotexniki həm də kimyəvi mübarizə aparılmalıdır.

Aqrotexniki mübarizə: - Tənəklərdə havalanmanı təmin etmək üçün yaşıl budama və bağlama tələb olunan aqrotexniki qaydada aparılmalıdır. Salxım yarpaqbükəni kəpənəyinin puplarının tənəyin çoxillik hissələrində qabıq altında qışlamasını nəzərə alaraq, tənəyin bu kimi hissələri qabıqları təmizlənməli və yandırılmalıdır.

Kimyəvi mübarizə: - Kəpənələrin uçuş müddətini dəqiq müəyyənləşdirib tırtıllar əmələ gələnə qədər kimyəvi mübarizə aparılmalıdır.

Kəpənəklərin uçuşunu düzgün müəyyən etmək üçün diametri 1 metr hündürlüyü isə 15 sm olan qablar 1 metr hündürlükdə ağaca bağlanır, ağac yerə sancılır. Qablara 8 hissə bəhməz və 1 hissə su tökülüb qarışdırılır. Kəpənəklər uçuş zamanı bu aldadıcı məhlulun iyinə yaxşı toplaşır. Bununla da kəpənəklərin yumurta-qoyma və bundan tırtıl əmələ gəlmə dövrünü müəyyən edib kimyəvi mübarizə aparılmalıdır.

Salxım yarpaqbükəninə qarşı, çiçəkləmədən qabaq, çiçəkləmədən sonra və üzüm yetişməyə başlayan zaman kəpənəyin uçuşundan asılı olaraq 0,1-0,2 faizli metofos, faralon, oqar məhlulundan istifadə edilir.