Məzmuna keç

Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama/Yaşıl zoğların bağlanması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama

../

Tənəklərdə əvəzedici ciliklərdən və bar qolunun əymələrindən çıxan gözcüklərdən zoğlar sürətlə boy atır. Bu zoğlar tənəkdə gələcək bar barmağı məqsədilə seçilib məftilə bağlanır. Yaşıl zoğların bağlanmasında məqsəd zoğların küləyin təsirindən qırılmasının qarşısını almaq, eyni zamanda maşınların cərgə aralarında normal işləməsini təmin etməkdir. Gələcək bar zoğları şaquli vəziyyətdə 40-45° bucaq altında elə bağlanmalıdır ki, tənəyin yarpaqlarına günəş işığı yaxşı düşsün, xəstəlik yoluxmaması üçün tənəyin orqanlarını külək yaxşı tutsun və gələn ilin bar zoğları normal yetişsin.

Təbii iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən və aqrotexnikadan asılı olaraq, yaşıl zoğların bağlanması vegetasiya dövründə 2-3 dəfə aparılır.

Yaşıl budama vaxtı çiliklərdən və ya bar qolunun əyməsindən əmələ gələn zoğlar çil ilə ikibir-üçbir «8» şəklində məftilə boş bağlanmalıdır. Yaşıl zoğların bağlanmasının gecikdirilməsi tənəyin böyümə və inkişafına mənfi təsir göstərir.