Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama/Zoğların ucunun qoparılması
←../ | Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama |
../→ |
Tənəklərdə zoğların ucunun qoparılması onların böyümə sürətini müvəqqəti olaraq (təxminən 12-15 gün) dayandırmaqla qida maddələrinin tənəyin generativ orqanlarına axmasına səbəb olur. Zoğların ucunun qoparılması məhsul artımına və üzümün yaxşı yetişməsinə səbəb olur. Bu tədbir çiçəkləmədən 4-7 gün qabaq aparılır. Torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən və tətbiq olunan aqrotexnikadan asılı olaraq, çiçək topasından yuxarı 2-5 yarpaq saxlamaqla bar zoğlarınının ucu qoparılır.
Təcrübələrlə sübut olunmuşdur ki, öz-özünü tozlayan sortlarda zoğların ucunun qoparılması məhsuldarlığı 10-20 faiz, bəzi sortlarda «Saperavi» və «Rkasteli» üzüm sortlarında hətta 30 faiz artırır. Zoğların ucunun vaxtında qoparılması məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır, həmçinin tənəyə qulluq işləri asanlaşır və gələcəkdə bol məhsul alınmasının bünövrəsi qoyulur.