Məzmuna keç

Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama/Zoğların ucunun vurulması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama

../

Zoğların ucunun vurulmasında məqsəd gələcək bar barmağı üçün barmağın cilik və əyməsindən əmələ gələn zoğların normal inkişafını təmin etməkdir. Zoğların ucunun vaxtında vurulması onun yetişməsini və qidalanmasını yaxşılaşdırır, şaxtaya davamlığını artırır. Zoğların ucunun vurulması əməliyyatı yaxşı olar ki, çox qüvvəli böyüyən tənəklərdə yarpaqların, salxımların və artıq zoğların seyrəldilməsi ilə bir vaxtda aparılsın. Zoğların ucları bu dövrdə vurulduqda, xəstəlik və ziyanvericilərə qarşı aparılan mübarizə effektli olur. Tənəklərdə ucvurmanı böyümənin zəiflədiyi vaxt, həm də sortun becərildiyi şərait nəzərə alınmaqla yəni avqust ayında aparılması daha səmərəlidir.