Məzmuna keç

Üzümçülük/Üzümlüklərin salınması/Tənəyə verilən qida sahəsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Üzümçülük/Üzümlüklərin salınması

../

Tənəglərə verilən qida sahəsi torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən və tətbiq olunan aqrotexnikadan aslı olaraq dəyişə bilər.

Təcrübələr göstərir ki, ən yaxşı qida sahəsi torpağın suvarılma və münbitliyindən, relyefindən aslı olaraq (2,5-3)x(1,25-1,5) metrdir.

Tənəg çoxillik bitki olduğu üçün qida sahəsi müəyyənləşdirilərkən səhvə yol verilməməlidir. Hektarda tənəglərin sayı normal olduqda üzümlük bol məhsul verir. Sıx əkildikdə texnikadan səmərəli istifadə etmək çətinləşir və qida çatışmamazlığından məhsuldarlıq get-gedə azalır. Həmçinin Üzümlükləri gen cərgələrdə əkmək 3,00-3,50-4,00 metr bitki arası 1,25-1,50-2,00 metr salındıqda tənəglərə yüksək ştamplı forma verilməklə əkmək olar. Bu zaman texnikanın gücündən tam istifadə etmək və əl əməyini azaltmaq mümkündür.