Məzmuna keç

Üzümçülük/Üzümlüklərin salınması/Torpağın əkinə hazırlanması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Üzümçülük/Üzümlüklərin salınması

../

Yeni üzümlüklər salınarkən torpaq tipinin seçilməsi tənəklərin inkişafına təsir edən əsas amillərdən biridir. Çünki, tənəyin yerüstü orqanlarının böyüməsi, bol və yüksək keyfiyyətli məhsul verməsi köklərin inkişafından asılıdır. Yeni üzümçülük salmaq üçün seçilmiş sahə əvvəlcə daş və kol-kosdan təmizlənməli, torpağın səthi hamarlanmalı, plantajdan qabaq hər hektara 30-40 ton peyin və 500-1000 kq fosfor gübrəsi verilməlidir. Bundan sonra S-100 və T-100 markalı traktora qoşulmuş kotanla 60-70 sm dərinlikdə şumlanmalıdır. Bəzi hallarda bu iş başqa gücü az olan traktorla aparıldıqda əkilmiş tinglər qısa müddətdə quruyaraq sıradan çıxır.

Plantaj 2 dövrdə - yazda və payızda tənəklərin əkilməsindən ən azı 2 ay qabaq qaldırılmalı, torpağın su erroziyasına məruz qalmaması üçün torpaq su axınının köndələninə şumlanmalıdır. Torpaq tam yatmadıqda yeni üzümlük salınması məsləhət deyildir. Əks təqdirdə istər öz kökü üstə bitən, istərsə də calaq tingin kök boğazı torpaq yatandan sonra 6-7 sm açıqda qalır və belə tinglər xarici mühitin təsiri altında quruyur.