Məzmuna keç

İnformasiya cəmiyyəti/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnformasiya cəmiyyəti

../

Cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərəhəlyə bölürlər:

  • aqrar cəmiyyət,
  • sənaye cəmiyyəti
  • informasiya (postsənaye) cəmiyyətləri.

Aqrar cəmiyyətdə insanlar heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Sənaye cəmiyyətində istehsal prosesləri ön plana çıxır, fabrik və zavodlar, sənaye məhsulları iqtisadiyyatın əsasını təşkil edir. Postsənaye və ya informasiya cəmiyyətində isə bilik və informasiya əsas rol oynamağa başlayır. İnformasiya cəmiyyətində informasiyanın toplanması, saxlanması, emalı, istifadəsi və ötürülməsi ilə bağlı fəaliyyət sahələri iqtisadiyyatın əsasını təşkil edir.

İnformasiya cəmiyyəti ideologiyası E.Toffler, D.Bell, M.Kastels və digər məşhur alim-sosioloqlar, filosoflar, iqtisadçılar tərəfindən araşdırılmışdır.

İnformasiya cəmiyyətində iqtisadiyyatın əsasını informasiyanın əldə edilməsi, emalı və yayılması proseslərini əhatə edir. İnformasiya cəmiyyətinə aid mal və xidmətlər, informasiya və telekommunikasiya texnologiyalarına aid olan mal və xidmətlərdir. Kompüterlər, proqramlar, telekommunikasiya, internet, biotexnologiya və genetika kimi sahələr bu cəmiyyətə aid olan sahələrdir.