İnformasiya iqtisadiyyatı/İnformasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkası. Təkamül və transaksiya nəzəriyyələri/Y.Şumpeterin sahibkar-novator nəzəriyyəsi
←../ | İnformasiya iqtisadiyyatı/İnformasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkası. Təkamül və transaksiya nəzəriyyələri |
../→ |
Yozef Şumpeter (1883-1950) avstriya iqtisadçısıdır. 1932-ci ildən Harvard Universitetinin professoru olmuşdur. Onun “İqtisadi inkişaf nəzəriyyəsi” kitabı 1912-ci ildə nəşr edilmişdir.
Y. Şumpeter istehsalı mövcud resursların kombinasiyası kimi nəzərdən keçirir. Yeni məhsul istehsalı yaxud yeni texnologiyanın tətbiqi, resurslardan digər kombinasiyaların yaradılması deməkdir, başqa sözlə əslində yeni informasiya yaradılır. Sahibkar–təsərrüfatçılıq subyektidir və onun funksiyası yeni kombinasiyalar həyata keçirməkdən ibarətdir. Sahibkarın yaradıcılığı iqtisadi inkişafın əsas amilidir. Şumpeterin fikrincə yeni kombinasiyaların həyata keçirilməsi, təsərrüfat fəaliyyəti ilə məşğul olanlardan daha az olan insanların funksiya və imtiyazlarından ibarətdir. Sonuncular arasında başqaları tərəfindən yaradılmış köhnə kombinasiyaları istifadə edənlər çox olur. Özlərinin fəaliyyətində yaradıcılığı nümayiş etdirməyən, mövcud qayda və normalarla işləyən biznesmenlər “sadəcə sahibkardırlar”. Sahibkar öz mahiyyətinə görə, ənənə və vərdişlərə malik olmayan, sonradan yaranmış tipik, başqa sözlə cəmiyyətin fərdiləşdirilmiş bir üzvüdür.
Sahibkar mənfəəti – yeni kombunasiyaların həyata keçirilməsinin nəticəsidir. Zaman keçdikcə o azalmağa başlayır çünki yeniliklər haqqındakı informasiya cəmiyyətdə yayılır və mənfəəti sahibkar mənşəli olmayan təsərrüfatçılıq agentlərinin geniş dairəsi üçün məlum olur. Sahibkar–novatorun mənfəətinin “sadə sahib”-in mənfəətindən daim yüksək olması üçün o müntəzəm olaraq yeni kombinasiyalar yaratmalı, başqa sözlə hər hansı bir yeniliyi tətbiq etməlidir. Kapital sahibkara öz yeni məqsədlərinə nail olmaq üçün ona lazım olan konkret neməti sərəncamına keçirməyin və ondan istifadənin, həmçinin istehsalı yeni istiqamətə yönəltmənin bir vasitəsidir. Kapital anlayışı yeni kombinasiyaların həyata keçirilməsi prosesini və üsulunu xarakterizə edir. Kredit əsas etibarı ilə alıcılıq qabiliyyətinin yerdəyişmələri vasitəsilə mövcud resurslardan yeni qaydada istifadəyə imkan yaradır. Yeni müəsissələrin pula olan tələbatları əslində maliyyə bazarında sənayenin tələblərini müəyyən edən ən vacib amildir. İnkişafin olmadığı iqtisadiyyatda tam mənada maliyyə bazarı mövcud ola bilməz.