İnformasiya müharibəsi/İnformasiya hücumları
Görünüş
←../ | İnformasiya müharibəsi |
../→ |
İnformasiya qarşıdurması zamanı İnternetdə müşahidə olunan əsas informasiya əməliyyatları veb-saytlara və şəbəkənin normal fəaliyyətinə yönəlmiş müxtəlif hücumlardır. İnformasiya hücumu vasitələri ilə sistemlərin normal fəaliyyətini pozmaqla qorunan, emal edilən və şəbəkə ilə ötürülən informasiyaya müdaxilələr edilir. İnformasiya hücumu vasitələrinə informasiyanın məxfiliyinin, tamlığının və əlyetərliliyinin pozulması, habelə şəbəkə istifadəçilərinə psixoloji təsir aiddir.