Məzmuna keç

İnformatika/İnformasiya prosesləri və onların avtomatlaşdırılması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnformatika

../

Kompüter texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.

  • İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
  • İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir kompyuterlərdə istifadə olunan daşıyıcılarlda - maqnit və lazer disklərində və qurğularıında saxlanır.

İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Avtomatlaşdırılmış üsulla kompyuterdə emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

Qeyd olunmalıdır ki, son illərdə “İnformatika” termini əvəzinə “Kompyuter texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox istifadə olunur.

“Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən kompyuter texnologiyası baxılan sahədə kompyuter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.

İnformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

İnformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.

İnformatikanin və IKT-nın yeni elm sahəsi kimi inkişafi. Hazırda İKT müstəqil və yeni elm sahəsi kimi formalaşır. İT-ın tədqiqat obyekti informasiya proseslərinin səmərəli təşkili üsullarıdır, tədqiqat pedmeti isə İT-ın nəzəri əsasları və yaradılması üsullarıdır. İT təbiət elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və fundamental informatikanın bir bölməsidir. Onun nəzəri əsaslarını nəzəri informatika və ümumi informasiya nəzəriyyəsinin nailiyyətləri təşkil edir.

Kompyuter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, intellektual korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləridir.