Məzmuna keç

İnternet/İnternet Banking

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnternet

../

"İnternet Banking" sistemi vasitəsilə real vaxt rejimində, günün 24 saatı istifadəçi öz kart və ya cari hesabını idarə edə və aşağıdakı əməliyyatları yerinə yetirə bilər:

  • plastik kart və ya cari hesabın balansının yoxlanılması;
  • kartlar haqqında ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın və ya cari hesabınızın hesabında mövcud olan vəsaitin məbləği) əldə edilməsi;
  • kart ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;
  • istifadəçinin kart və ya cari hesabı üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında ətraflı məlumatla çıxarışların tərtib edilməsi;
  • kommunal xidmətlərin, elektrik enerjisindən istifadə haqqının ödənilməsi;*
  • mobil telefon rabitəsindən istifadəyə görə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile);*
  • KartTransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;*.
  • internet (ADSL) xidmətlərinin ödənilməsi ;
  • stasionar rabitə haqlarının ödənilməsi;
  • diqər ödəmələr.