Məzmuna keç

İnternet/İnternet serverləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnternet

../

İnternet üç əsas komponentdən ibarətdir:

  • Web-server – istifadəçilərin Internetdəki Web-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlarla təmin olunmuş kompüterdir. Web-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Web-server Web-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə ğondərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da Web-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etsinə imkan verir. Web-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Web-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
  • Kliyent – serverlərin xidmətindən istifadə edən, xüsusi proqramlarla təchiz olunmuş kompüterlərdır.
  • Şəbəkə – informasiya mübadiləsi aparan kompüterlər qrupudur, məsələn, istifadəçi informasiyanı serverdən çağırır və onun sorğusuna cavab olaraq verilənlər ona göndərilir. Kompüterlər arasındakı bu informasiya mübadiləsi mis naqil, koaksial kabel, sputnik və mikrodalğalar vasitəsilə aparılır.

İnternet-serverlərin tipləri

[redaktə]

İnternet üçün nəzərdə tutulmuş serverlərin tipləri:

  • veb-serverlər;
  • elektron poçt serverləri;
  • FTP serverlər, fayllarla mübadilə üçün nəzərdə tutulmuşdur;
  • İnternet-telefoniyanın işini təmin edən serverlər;
  • İnternet vasitəsilə radio və video translyasiyalar sistemi.

Server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsisi proqram yazılmış kompüter nəzərdə tutulur. Ona başqa sözlə web-server və ya http-server də deyirlər. Server klient kompüter sorğusuna cavab olaraq lazımi Web-səhifəni İnternetdən gətirir. Əgər sizin fərdi kompüterin serverlə əlaqəsi varsa və oradan lazımi informasiya alırsa bu halda sizin kompüter «klient», bütün bu server isə «klient-server» adlanır. Öz resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompüter ilə bu resursları istismar edən istifadəçi kompüter arasında informasiyaları ötürmə mexanizmi klient-server sistemi adlanır.

Serverlər müxtəlif olurlar. Bu muxtəliflik serverlərin işlədikləri operasion sistemlərdəki fərqlərdən ibarətdir. Hal hazırda İnternet şəbəkələrində ən çox iki növ server proqramlarından istifadə olunur:

  • Microsoft Internet Information Server (IIS) - Window NT/2000 sistemi əsasında işləyən. Hər hansı təşkilatda yerləşdirilmiş ayrıca bir serverdir.
  • Apache – OC UNIX standartına uyğun platforma üçün nəzərdə tutulmuşdur. My SQL verilənlər bazası ilə inteqrasiya olunur, Web-provayderlərin çoxu tərəfindən istifadə olunur. Apache Web-servert proqramını http://www.apache.org URL ünvanından pulsuz yükləmək olar.

Adətən serverlər böyük ötürücü xüsusiyyətə malik xətlərdə işləyirlər. Məsələn: əlaqə kanalları optik liflərdən ibarət şəbəkələrdə. Hər bir serverin xüsusi domeni olmalıdır ki, bu da Domain Name System standartlarına cavab verən DNS ünvanıdır.

Beləliklə server xüsusi proqram təminatı qurulmuş, məxsusi domen ada malik kompüterdir. Serverin sahibi və administratoru serverə müraciətə icazəni verə bilər və ya bu icazəyə qadağan qoya bilər. Eyni zamanda administrator CGI skripti və SSI əlavə proqram və funksiyaları qoşa, sazlaya və yerinə yetirmək ixtiyarına malikdir.

Server Internet istifadəçiləri arasında «informasiya portalı» adlanır. Bu çoxlu sayda kiçik ölçülü müxtəlif tematik bölmələrdən və ya müəyyən sayda sərbəst proyektlərdən təşkil olunmuş böyük virtual fəzadır.

Serverdən fərqli olaraq sayt server proqramı ilə təmin olunmayıb. Saytların çoxunun xüsusi domen adına malik olmalarına baxmayaraq, onlar serverin bir hissəsi sayılırlar. Sayt (site, sahə) – serverin hər hansı sahəsidir, yəni bütünlüklə hər hansı mövzuya həsr olunmuş bölmədir.

Internetdə yerləşən resursların realizə olunması verilənlərin ötürülməsinin «kliyent-server» sxemi əsasında təşkil edilmişidir. Web-səhifənin kliyent brauzerinə yüklənilməsi üçün kliyent brauzeri server kompüterində yerləşən və http-server adlanan xüsusi proqrama sorğu göndərir və sorğuya əsasən alınan informasiyanı araşdırır. Göstərilən halda brauzerin əsas funksiyası serverdən nəzərdə tutulmuş səhifəni soruşmaq, bu səhifəni almaq və istifadəçinin ekranında işıqlandırmaqdır. Server isə brauzer tərəfindən sorğunu qəbul edir, göndərilən sorğuya əsasən sənədi axtarır və tapılmış faylın məzmununu boauzerə göndərir. Əgər server tərəfindən soruşulan fayl tapılmırsa və ya fayla müraciətə qadağan qoyulubsa, o halda server brauzerə səhv haqqında məlumat göndərir. Bu zaman http-server ötürülən sənədin məzmununu analiz etmir. Başqa sözlə http-serverin işi informasiyanı brauzerə göndərməkdir. İnformasiyanın strukturlaşdırılması və ekranda işıqlandırılması işlərini isə brauzer yerinə yetirir. Soruşulan səhifənin axtarışı verilən server kompüterində sayt üçün ayrılmış xüsusi direktoriya üzrə aparılır. Bu direktoriyaya istinad istifadəçi tərəfindən daxil edilmiş ünvanda yerləşir. Əgər müraciət konkret sənədə deyil, bütünlükdə sayta edilirsə, http-server avtomatik olaraq index.html (Apache Web-serverləri üçün) və ya default.htm (Microsoft IIS Web-serverləri üçün) adlanan və saytın əsas səhifəsi olan «başlanğıc səhifəni» gətirir. Bu sənəd mütləq serverdə həmin sayt üçün ayrılmış əsas qovluqda yerləşdirilməlidir. Saytın digər faylları ya əsas qovluqda və ya buraya daxil olan digər direktoriyalarda yerləşdirilirlər.