Məzmuna keç

İnternet/Yaranma tarixi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnternet

../

İnternet kompüter - informasiya şəbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60-cı illərindən etibarən ABŞ-da başlanmışdır. İlk olaraq 1962-ci ildə Massaçuset Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder uzaq məsafədən kompüter əlaqəsinin yaradılması ideyasının, 1961-ci ildə L. Kleykrok paket kommutasiya nəzəriyyəsini irəli sürdülər. 1965-ci ildə L. Robert və T. Mervil Massaçuset və Kalifoniyada yerləşən iki TX-2 və Q-32 markalı kompüterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar. Bu təcrübə kompüter şəbəkəsinin yaradılmasında telefon rabitəsindən istifadənin qeyri-effektivliyini və paket kommutasiya nəzəriyyəsinin üstünlüyünü aşkar etdi.

1969-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perespektiv Araşdırmalar İdarəsinə dəvət alan Roberts müasir İnternetin sələfi hesab edilən ilk kompüter şəbəkəsinin planını hazırladı və 1969-cu ilin yanvar ayının 2-də sonradan ARPANet adlanan bu şəbəkə vasitəsilə Los-Anjeles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. Məqsəd hərbi ştablardakı kompüterlər arasında informasiya mübadiləsi yaratmaq idi. Bu məqsədlə aparılan tədqiqatlar ABŞ-nın prespektiv elmi işlər idarəsi (ARPA – Advanced Research Project Agency) tərəfindən maliyələşdirilir və nəticədə 1968-ci ildə bu sistem yaradılır. Dünyada ilk yarımfunksional hesablama şəbəkəsi ARPAnet adlanır (net - tor (set) deməkdir).

  • Bu şəbəkəyə daxil olan kompüterlər eyni hüquqlu idilər. Yəni, ARPAnet-də «baş kompüter – tabe kompüter» anlayışı yox idi.
  • ARPAnet-də əsas şəbəkə protokolu kimi şəbəkələrarası IP (İnternet Protocol) protokolu qəbul edilmişdir.

1972-ci ildə B.Kan müasir İnternetin nəzəri əsasını təşkil edən açıq şəbəkə texnologiyası ideyasını irəli sürdü. Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı və İnternetin atası sayılan B. Stefin rəhbərliyi altında TCP/IP protokolu yaradıldı. Bu protokolun yaradılması İnternet arxitekturalı lokal şəbəkəsinin yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra məs. PRNET, SATNET şəbəkələrinin birləşdirilməsini mümkün etdi. 1972-ci ildə isə İnternetin ilk xidmət növü elektron poçt (e-mail) fəaliyyətə başladı.

İnternet – çoxlu sayda kompüterlərdən, kabellərdən, marşrutizatorlardan və şəbəkədə əlaqəni və işi təmin edən proqram təminatlarından ibarət qlobal şəbəkə sistemidir. İnternet şəbəkəsini digər şəbəkələrdən fərqləndirən əsas cəhət onun istifadə etdiyi TCP/IP şəbəkə protokollarıdır.

TCP/IP ümumiyyətlə İnternetlə kompüterlər arasında qarşılıqlı əlaqə protokolları kimi başa düşülür. TCP – Transmission Control Protocol. TCP iki istiqamətdə informasiya mübadiləsini təmin edir ki, bu da informasiyanın yüksək sürətlə translyasiya olunmasına səbəb olur.

IP – İnternet Protocol. IP protokolu İnternet ümumdünya şəbəkəsinin əsas protokoludur. Kompüterlər arasında əmr, mətn, qrafika və digər verilənlərin ötürülməsini və qəbul edilməsi qaydalarını təsvir edən razılaşdırılmış və təsdiq olunmuş standart şəbəkə protokolu adlanır. IP protokolu verilənlərin yalnız ötürülməsini təmin edir. Bütün prosesi isə TCP protokolu idarə edir.

80-cı illərin axırlarında İnternetlə əlaqə yaratmaq istəyənlər modemdən istifadə etməyə başladılar. Modem (modulyator-demodulyator) – fərdi kompüteri İnternetə qoşmaq üçün istifadə edilən, kompüter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektron siqnallarını analoq (səs) formasına və əksinə avtomatik çevirmək üçün tətbiq edilir. Bu kompüter yalnız rəqəm, telefon xətti isə – analoq siqnalları ilə işləməsi ilə əlaqədardır. Rəqəm siqnallarının analoq formasına çevirmək prosesi texnikada modulyasiya, əks istiqamətdə çevirmə isə demodulyasiya adlanır. Modem əlaqə xətlərinin (telefon xətləri və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarci modemlər isə ardıcıl Com portuna qoşulur.

Qeyd: İki kompüter arasında əlaqə sürətinin vahidi – bps (bitper secund), bir saniyədə ötürülən informasiyadakı bitlərin sayına bərabərdir.