İnternetdə axtarış sistemləri/Yahoo axtarış sistemi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnternetdə axtarış sistemləri

../


Yahoo ilk axtarış sistemlərindəndir. Sistem Devid Filo və Cerri Yanq tərəfindən 1994-cü ildə yaradılmışdır və bu günə kimi ən populyar axtarış sistemlərindən sayılır. Axtarış iki üsulla – açar sözlərə və Ana səhifədə verilmiş bölmələrə görə aparıla bilər. Sistem orfoqrafik səhvləri də nəzərə alıq. Sorğu nəticəsində tapılan şəkillər səhifənin sağ tərəfində kiçik ölçüdə görünür.

Yahoo axtarış sistemində məlumat axtarışı 2 üsulla aparılır: 1. Axtarış sorğusunu daxil edərək, Yahoo – nun məlumat bazalarında axtarış; 2. Mövzular üzrə strukturlaşdırılmış kateqoriyalar üzrə axtarış. Bu üsullar bir-birlərini tamamlasalarda, axtarış məsələlərinin çoxu əsasən 1-ci üsulla aparılır. Yahoo dünyada çox populyar poçt xidmətinə də malikdir, son məlumata görə poçt istifadəçilərinin sayı 250 milyona yaxındır. Yahoo hər istifadəçiyə 1 Gbayt yer verir.