İstifadəçi:Əliheydər Qayiboğu

Vikikitab, açıq dünya üçün açıq kitablar

Əliheydər Qayiboğlu (Babayev Əliheydər Qayib oğlu)

-1962 ci il aperlin 10-da Lənkəran rayonun Biləsər kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində oxumuş, 1981-1983-cü illərdə Sovet ordusu sıralarında tam hərbi xidməti keçmişdir. 1989-cü ildə Azərbaycan Dovlət Pedoqoji İnstitutunun coğrafiya fakültəsini bitirmiş, doğma kənd məktəbində müəllim işləmişdir. Poeziyaya orta məktəbdə 6-7-ci siniflərdə oxuyandan başlayıb. İlk şeirləri Lənkəran mətbu orqanı olan “Leninçi “qəzetində, hələ 9-cu sinifdə oxuyarkən dərc olunub. Sonralar “Ulduz” jurnalında, “Ədəbiyyat və İncəsənət, “Azərbaycan gəncləri”, “Sovet Kəndi”, “ Kommunist”, “Yeni yol”, “Zaman və cəmiyyət”, “Azərbaycan müəllimləri” qəzetlərində mütəmadi dərc olunub. Şeirlərinə mahnı və muğamlar oxunur. 5 şeir kitabının və "Qeyri-adi qayıdış"," Sənsizsəninlə" romanlarınn müəllifi və “Qınama məni” romanının həmmüəllifidir. Şeirləri Qazax, Özbək və Rus dillərinə tərcümə olunub. Şeirləri həmçinin “Avrasiya şairləri antalogiya- sında”, “Zirvə-1”, “Zirvə-2” antalogiyalarında və “Zərif beytlər” almanaxlarında çap olunub. Ailəlidir. 4 qızı,1 oğlu var Bakı şəhərində yaşayır və orta məktəbdə coğrafiya müəllimi işləyir.