Məzmuna keç

İstifadəçi müzakirəsi:Samral

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Mövzu əlavə et
Vikikitab, açıq dünya üçün açıq kitablar
Ən son rəy:9 il öncə, Samral tərəfindən "Təşəkkür" mövzusunda
Xoş gəlmisiniz, Samral!

Salam, Samral, tamamilə könüllü istifadəçilərin səyləri ilə 89 dildə yaradılan WikiBooks layihələrinin Azərbaycan dilindəki versiyası - Vikikitaba xoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Mövcud məqalələri redaktə etmək və ya yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikikitab hər kəs üçün azad məkandır.
  • Vikikitabın yazı üslubu sadədir. Məqalələrin informasiya verici və bitərəf olmasına diqqət yetirin. Bir neçə cümləlik qaralama məqalələr yazmaqdan çəkinməyin. Vikikitab istifadəçiləri bir-birlərinin başlatdığı məqalələri zamanla zənginləşdirirlər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --►Cekli829 12:51, 4 iyun 2015 (UTC)Cavabla

Mənim dərdim sağalmayan

[redaktə]

Bu şeir müəllif hüquqları ilə qorunmursa zəhmət olmasa burdan silin və vikimənbəyə köçürülsün. Yox qorunursa silinsin.--Samral (müzakirə) 12:45, 4 iyun 2015 (UTC)Cavabla

Bu şeir müəllif hüquqları ilə qorunur. lakin müəllifin şəxsən icazəsi ilə bu layihəyə yerləşdirilmişdir. Müəllif E-citizen-in qardaşıdır. Müəllif şeirin VikiMənbədə olmasını istəmir, çünki müşahidələrimizə görə hətta müəllifin vərəsəsinin razılığı olduqda belə o layihədə bir çox hallarda idarəçilərin istəyindən asılı olaraq məqalələr silinir. Belə hesab edirəm ki, siz də hesab edirsiniz ki, bu şeirin əvəzinə kələm turşusu resepti daha effektlidir. Amma mən belə hesab etmirəm. Çünki vətənpərvərəm, sizin dillə desək vərənşüvən :)--Irada (müzakirə) 04:35, 5 iyun 2015 (UTC)Cavabla
Bu düz deyil axı. Vikikitaba nəşr olunmuş material əlavə edilə bilməz. İstər vətənpərvər olun istər olmayın. Vikimənbədəki o müəllif hüquqları məsələsində mən də Eminlə razılaşmadım və görüşlərdən birində bu mövzunu gündəmə gətiridm. O məsələni həll edəcəyik.--Samral (müzakirə) 20:22, 5 iyun 2015 (UTC)Cavabla

Bu şeir Vikikitaba əlavə olunanda hələ nəşr olunmamışdı. Bu gün bu şeirin nəşr olunması haqqında məlumatım yoxdur. Vikimənbədə vəziyyət viki-qaydalara uyğun düzəlsə və şerin nəşr olunması haqqında məlumat olsa, şeirin Vikimənbəyə köçürülməsinə razıyam. Lakin qəribəsi odur ki, bu şerin Ana səhifədə olması neçə illərdir ki, çoxlarını narahat edir [1]. Məni də narahat edən budur. Samral, mənim sizə hörmətim var. Amma bəzilərinin timsah göz yaşlarına, üzr istəmələrinə, vikidən kənar sizinlə mehriban danışmalarına inanmayın. Sizin heç nədən çəkinmədən öz fikrinizi kəskin deməyinizdən bu gün istifadə edən qüvvələr var. Siz onlara bu gün lazımsız. Sabah işləri qaydaya düşən kimi sizə münasibət dəyişəcək və bloklanmalar təkrarlanacaq. --Irada (müzakirə) 14:55, 6 iyun 2015 (UTC)Cavabla

Irada xanım, mənim də sizə böyük hörmətim var və sevindim ki bu qarşılıqlıdır. Bilin ki, bu şeiri ona görə demədim ki, sizi incidim. Sadəcə olaraq Vikikitabın öz xətti üzrə yox Vikimənbə kimi fəaliyyət göstərməsi məni narahat edir. Və bu narahatçılığımı dilə gətirdim. Başqa heçnə. Qətiyyən sizə sataşmaq niyyətim yoxdur. Sadəcə istəyərəm ki, azərbaycanca olan bütün vikilayihələr öz xətti üzrə inkişaf etsin. Və möhtəşəm olsun. Digər məsələyə gəldikdə isə (bloklamalar, məqalələrimin, şəkillərimin pis günə qoyulması və ya silinməsi və s.) inanın heç birini unutmamışam. Hamısı yaddaşımdadır. Bəli mənimlə mehriban danışanlarla mehriban danışıram, çünki əqidəm bunu tələb edir, amma mənə edilənləri istər pis olsun, istər yaxşı heç vaxt unutmuram. Belə.--Samral (müzakirə) 11:57, 7 iyun 2015 (UTC)Cavabla

Təşəkkür

[redaktə]

Salam. Hörmətli Samral, mənə Vikikitabda idarəçi statusunun verilməsi ilə bağlı 19 avqust 2015 - 3 sentyabr 2015 tarixləri arasında keçirilmiş səsvermədə dəstək olduğunuz üçün təşəkkür edirəm! Etibarınızı doğruldacağıma əmin ola bilərsiniz. Hörmətlə, --►Cekli829 11:05, 6 sentyabr 2015 (UTC)Cavabla

Dəyməz. Buna əminəm. Məhz ona görə də sizi dəstəklədim.--Samral (müzakirə) 18:54, 18 sentyabr 2015 (UTC)Cavabla