İstifadəçi müzakirəsi:Sortilegus
Mövzu əlavə etSalam, Sortilegus. Tamamilə könüllü istifadəçilərin səyləri ilə 89 dildə yaradılan WikiBooks (Vikikitab) layihələrinin Azərbaycan dilindəki versiyası — Vikikitaba xoş gəlmisiniz!
Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:
- Mövcud mətnləri redaktə etmək və ya yeni mətn və ya kitab yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikikitab hər kəs üçün azad məkandır.
- Vikikitabın yazı üslubu sadədir. Mətnlərin informasiya verici və bitərəf olmasına diqqət yetirin. Bir neçə cümləlik qaralama mətnlər yazmaqdan çəkinməyin. Vikikitab istifadəçiləri bir-birlərinin başlatdığı mətnləri zamanla zənginləşdirirlər.
- Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
- Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
- Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
- Mövzu seçimində çətinlik çəkirsinizsə, aşağıdakı səhifələr sizə kömək edəcək:
- Yaratmaq istədiyiniz mətnin adını aşağıdakı xanaya daxil edin və "Mətn yarat" düyməsini basın.
Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --~~~~
--Sortilegus 16:49, 19 fevral 2011 (UTC)
Xüsusi səhifələr
[redaktə]Salam. İdarəçi olaraq "Alətlər qutusu"nda "Xüsusi səhifələr" bölməsinə nəzarət elə. Mən vikikitabı təftiş etdim və bu səhifəyə nəzarət etmədiyini gördüm. Hörmətlə:--Sortilegus 19:56, 27 sentyabr 2011 (UTC)
Salam. Düzdür, son həftələr baxmırdım bu səhifəyə. Yada saldığına görə təşəkkür edirəm. Amma bir məsələ mənə qaranlıq qaldı - buradakı [1], [2] kateqoriyaları niyə silmisən? --Irada 04:59, 28 sentyabr 2011 (UTC)
P.S. Mən heç, amma başqalarına müraciət etdikdə arada "Xahiş edirəm..", "Əgər mümkünsə...", "Zəhmət olmasa..." ifadələrindən də istifadə et. --Irada 06:16, 28 sentyabr 2011 (UTC)
- Düzgün qeyddir:) Müraciətin tonuna görə üzr istəyirəm. Kateqoriyalaşdırmanı sonra bir ümumi nəzərdən keçirib müzakirə edərik. Çox şükürlər ki, Vikikitabda Vikipediyadan fərqli olaraq yaradıcılıq səviyyəsində problemlər demək olar ki, 0 həddindədir. Hörmətlə:--Sortilegus 22:37, 1 oktyabr 2011 (UTC)
Üzrün qəbul olunur :) Burada istifadəçi azdır, ona görə də yaradıcılıq səviyyəsində problemlər demək olar ki, 0-a yaxındır :) Kateqoriyalaşdırmanın həqiqətən də müzakirəyə ehtiyacı var. Hörmətlə, --Irada 17:19, 2 oktyabr 2011 (UTC)
Xahiş edirəm ki, Iradanın P.S.-də qeyd etdiyi ifadələrdən mənə müraciət edərkən istifadə edib vaxt itkisinə yol verməyin. Yox əgər vaxtınız çoxdursa, buyurun, məmnuniyyətlə mümkün olduğu halda mənə ünvanlayacağınız müvafiq postlarınızda çox dəyərli müraciət formalarından yüksək səviyyədə istifadə edə bilərsiniz. Dərin hörmət və yüksək ehtiram hissi ilə, bir ayağı orada, bir ayağı isə burada olan Azərbaycandilli Vikikitabın gələcəyini parlaq görən --►Safir yüzüklü Ceklimesaj 12:56, 28 sentyabr 2011 (UTC)
Salam
[redaktə]Salam. Burda idarəçiyə kömək etmirsən axı. Ancaq iradlar bildirirsən və vikipediyada aranızdakı problemləri bura daşıyırsan. --Sortilegus 21:20, 7 oktyabr 2011 (UTC)
İrad bildirməyin özü kömək deyilmi? Hansı iradım əsassızdır? Bloklanmağım əsaslı idimi? --►Safir yüzüklü Ceklimesaj 05:58, 8 oktyabr 2011 (UTC)
İrad bildirmək köməkdir, amma onun da tonu var. Haqlı-haqsız blok almısan, elə olmamalıdır ki, bu burada da aranızda münaqişənin davam etməsinə səbəb olsun. Vikisitatın idarəçisi kimi bilirsən ki, kiçik viki layihələrdə ilk baxışdan iş azdır, amma yeni praktika olduğu və istifadəçilərin zəif dəstək verməsi səbəbindən idarəçilərin çiyninə çox yük düşür. Elə vikisitatın idarəçiləri kimi biz ikimiz də daxil olmaqla kiçik layihələrin idarəçilərinə mümkün qədər çox dəstək vermək lazımdır. O vaxtı biz vikigörüşdə kiçik layihələrin inkişafı və yeni idarəçilərin seçilməsi ilə bağlı müzakirələr aparanda bu məsələlərə də toxunmuşduq. İlk növbədə də texniki baxımdan kömək olunmalıdır. Vüqar tərəfindən "Resept" bölməsinin alınması üçün müraciət alqışlansın. Hörmətlə:--Sortilegus 16:39, 8 oktyabr 2011 (UTC)
Gözəl yazmısınız. Amma təəssüf ki, səhvimin nə olduğunu izah edə bilmədiniz. --►Safir yüzüklü Ceklimesaj 05:19, 10 oktyabr 2011 (UTC)
Təşəkkür
[redaktə]Salam. Hörmətli Sortilegus, mənə Vikikitabda idarəçi statusunun verilməsi ilə bağlı 19 avqust 2015 - 3 sentyabr 2015 tarixləri arasında keçirilmiş səsvermədə dəstək olduğunuz üçün təşəkkür edirəm! Etibarınızı doğruldacağıma əmin ola bilərsiniz. Hörmətlə, --►Cekli829 11:05, 6 sentyabr 2015 (UTC)