Məzmuna keç

İstifadəçi müzakirəsi:Yunis Qaraxanlı

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Mövzu əlavə et
Vikikitab, açıq dünya üçün açıq kitablar
Yunis Qaraxanlı-Qaraxanov Yunis Bayram oğlu 10 oktyabr 1986-cı ildə Gürcüstanın Qardabani rayonunun Naqebi kənd-sovxozunda (Qədim Borçalının Qarayazı mahalında) kəndli-deputat ailəsində anadan olub. Vslideynlərinin hər ikisi sovxoz təsərrüfatındsn Gürcüstan SSR Ali Sovetinin deputstlığına qədər yüksəlmişlər. Əslən Qarabağlıdır, Qarabağa Monqol işğalları zamanı köçmüş uyğur-altay əsilli Qaraxanlı türküdür.  Ulu babası XX əsrin əvvəllərində hələ çar Rusiyası dövründə Qarabağdan Borçalıya məcburi olaraq köçmüşdür. Keçən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstandakı Azərbaycan türklərinə qarşı haqsız siyasət nəticəsində ailəsi ilə birlikdə uşaq yaşlarında Bakıya köçüb və Bakıda yaşayır. 1994-2005-ci illərdə Bakı şəhəri, Xətayi rayonundakı Ədalət Abbasov adına 257 saylı orta ümumtəhsil məktəbinin tarix təmayüllü 11S sinifində, 2005-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2007-2008-ci illərdə cəbhə bölgəsində, Birinci Korpusun N saylı hərbi hissəsində HHM-nin ZRAB-da heyət komandiri kimi xidmət edib. 2015-ci ildə "XXI Əsrin Ziyalıları" MMC-nin nəzdindəki jurnalistika kurslarını bitirib.
  Hal-hazırda "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin, "Zim.az" və "Zirvə.İnfo" saytlarının redaktoru, "Borçalı" NPM-nin ədəbi redaktoru vəzifələrində çalışır. Eyni zamanda "Qaraxanlı Youtube TV" yutub kanalının təsisçisi və rəhbəridir. 
   Ailəlidir, Zəhra və Məryəm adlı iki qız övladı var.

Hələ orta məkəbdə, ikinci sinifdə oxuyarkən şeir yazmağa başlayıb. Orta və ali hərbi məktəblərdə oxuyarkən "Vətən oğlu", "Qoca türkün düşdüyü dərd ysmsn hey!" adlı şeirləri "Yeni Azərbaycan", "Ədalət", "Azərbaycan ordusu" qəzetlərində dərc olunub.

   2014-cü ildən şeirləri və məqalələri "Səs", "Hüquq və fəaliyyət", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərində, "Pressnyus.az", "Sia.az", "Zim.az", "Zirvə.İnfo" saytlarında, "Qarabağnamə", "Ağdamım mənim", "Sevirəm, sevmişəm,sevəcəyəm də", "Bir yandan boşalıb dolan dünyadır", "Zirvə", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalị", "Şərqin səsi", "Qara arxac", "Qarabağ Azərbaycandır!" və.s. antalogiyalarda və məcmüələrdə müxtəlif səpgili şeirləri və məqalələri dərc olunub.
  "Sənsiz"(2016), "Mən şair doğuldum, şair öləcəm", "Hara gedir bu dünyamız?", "Döz içində, döz, ürəyim!"(2017) adlı şeir kitablarının, "Azərbaycsn polisi dünəndən bu günə; şanlı tariximiz" adlı publisistik kitabın, "Vətən harayı" poemasının, 1 essenin, 1 felyetonun, 9 hekayənin, müxtəlif səpgili çoxlu sayda şeir və məqalələrin müəlkifidir.

1. "Sənsiz" (şeirlər). (Bakı, "Borçalı" NPM, 2016); 2. "Mən şair doğuldum, şair öləcəm".(Bakı, "Borçalı" NPM, 2017); 3. "Hara gedir bu dünyamız?..." (Bakı, "Borçalı" NPM, 2017). (Əlyazma şəklində, şeirlər.); 4. "Döz içində, döz, ürəyim!" (Bakı,"Borçalı" NPM, 2017.) 5. "Azərbaycan polisi dünəndën bu günə: şanlı tariximiz". (Publisistika).(Bakı, "Borçalı" NPM, 2017. 6. "Vətən harayı". (Poema).(Bakı, "Elnar MR" poliqrafiya, 2020).