Məzmuna keç

Ağbaba folkloru/Holavarlar/Holavarlar (Ağbaba)

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Ağbaba folkloru/Holavarlar

../

Yorulubsan xaşıl ye,
Bir tərəfə kısıl ye.
Mafış, pişi, lalanqa,
Allahına şükür de.

Hodağa bax hodağa,
Əlində yeyir yuxa.
Ləzzət alır, səvinir
Əkinə baxa-baxa.

Çalxamanı çaldınmı,
İçdin ləzzət aldınmı.
Başını qoyub yerə
Bircə çimir aldınmı?

Yağ-qatığı bol elə,
Qaşığı götür ələ.
Xaşılı əməlli ye,
İşin daldadı hələ.

Məjgalın çoxdu gücü,
Yeməhdi ehtiyacı.
Hodax ölər qorxudan
Məjgal baxsa qıyğacı.

Qoy başını yat, hodax.
Dərdi-qəmi at, hodax.
Yuxusuzdux pis şeydi,
Olmaynan inad, hodax.

Xorazan hodax ərdi.
Bir gözəl qızdı dərdi.
Kotan qoşuf yerəhməh
Hünərdən də hünərdi.

Məjgala bax, məjgala,
Maşallah oxşar kala.
Quzu döşü yesin ki
Məjgal bəlkə kam ala.

Hodax işdə yatarmı.
Arzusuna çatarmı.
Məjgal onu döyəndə
Kimsə qolun tutarmı?!

Lalanqa bal kimidi,
İrəngi al kimdi.
Mafiş yeyən bu hodax.
Maşallah, kal kimidi.

Günorta çaxlama iç,
Gücün bidi, olsun üç.
Bir kölgəlih yer ara.
Yatmağa bir yana keç.

Ərişdə piloyu xoş,
Yanında da şilə aş.
İsdi-isdi gəlifdi,
Üzdən-üzdən ye yavaş.

  • Toplayanı:Tacir Səmimi, AMEA Folklor İnstitutunun elmi işçisi